Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İŞİD-in tərkibində 86 ölkədən 31 min yaraqlı var

ABŞ-da təhlükəsizlik məsələləri üzrə məsləhət xidmətləri göstərən “Soufan Group” təşkilatı İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının milli tərkibi ilə bağlı araşdırma dərc edib.

Xeberinfo.com:  Xarici KİV-ə istinadən xəbərə görə, “Xarici döyüşçülər. Suriya və İraqa xarici döyüşçülərin axını barədə yeni informasiya” adlı hesabatda terror təşkilatının şəxsi heyətinin 86 ölkədən gələn 31 min döyüşçüdən ibarət olduğu bildirilir.

“Soufan Group” İŞİD-in sıralarında Yaxın Şərqdən 8240, Şimali Afrikadan 8000, Qərbi Avropadan 5000, Ruisiya və MDB ölkələrindən 4700, Cənub-Şərqi Asiyadan 900, Balkan ölkələrindən 875 və Şimali Amerikadan 280 döyüşçünün olduğunu yazır. “Soufan Group”a görə, İŞİD sıralarındakı döyüşçülərin milli tərkibi belədir:

1. Tunis – 6 min nəfər

2. Səudiyyə Ərəbistanı – 2500

3. Rusiya – 2400

4. Türkiyə - 2100

5. İordaniya – 2000

6. Fransa – 1800

7. Liviya - 1200

8. Böyük Britaniya - 760

9. Almaniya - 750

10. Belçika - 470

Təşkilat Azərbaycan və Gürcüstandan da kifayət qədər döyüşçünün İŞİD-ə qoşulduğunu yazır.

İŞİD-in sıralarında xidmət edən qafqazlıların əkəsriyyəti şimal respublikalarından – Dağıstan və Çeçenistandandır. Azərbaycan və Gürcüstan isə İŞİD-də Şimali Qafqaza nisbətən az olsa da, özülüyündə xeyli kontingentlə təmsil olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam