Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İŞİD-ə qoşulan 5 azərbaycanlı tutuldu

 

Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları son 6 ay ərzində (01 yanvar – 30 iyun) Suriyaya qeyri-qanuni yolla keçmək istəyən 457 xarici ölkə vətəndaşını saxlayıb.

 

"Xeberinfo.com":   Məlumata görə,  azvision.az `Anadolu` agentliyinə istinadən xəbər verir ki, üÜmumilikdə bu müddət ərzində Türkiyə-Suriya sərhədində 32 ölkədən 457 xarici vətəndaş saxlanılıb. Onların böyük əksəriyyəti – 241 nəfəri Çin vətəndaşları, uyğurlardır. 


Bundan əlavə, son 6 ay ərzində 56 Rusiya, 30 Fələstin, 29 Türkmənistan, 13 Böyük Britaniya, 12 Fransa, 9 Səudiyyə Ərəbistanı, 7 Əfqanıstan, 6 Cənubi Koreya, 6 Tacikistan, 5 Azərbaycan, Almaniya, Belçika və Hollandiya vətəndaşı hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən saxlanılıb. 

Saxlanılan şəxslər arasında Avstraliya, Braziliya və Trinidad və Taboqo vətəndaşları da var. 

Onların İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına üzv olmaq üçün Suriyaya getmək istədikləri bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam