Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Türkiyə Rusiyaya qarşı Qarabağdan cəbhə açdı"

 

“Türkiyə Rusiyaya qarşı Qarabağ cəbhəsindən hücum etmək niyyətindədir”.


Xeberinfo.com:   Məlumata görə, bu barədə Rusiyanın “Kommersant” nəşrinin məqaləsində deyilir.


Nəşr yazır ki, Moskva və Ankara arasında münaqişə gözlənilməz dalana girdi: “Ankara Rusiyanın Türkiyə iqtisadiyyatına sanksiyalar qoymaq niyyətinə və onun imicinə zərbə vurmasına sərt reaksiya verdi. Misal üçün, Rusiya 1915-ci ildə Türkiyədə baş vermiş hadisələrin “erməni soyqırımı” olduğunu inkar edənlərin qanunla cəzalandırılması kimi məsələləri gündəmə gətirdi. 2015-ci ilin aprel ayında Vladimir Putin “erməni məsələsi”nin 100 illiyi münasibətilə İrəvana getməsindən sonra bu istiqamətdə Ankara-Moskva münasibətlərində çat yaranmışdı. İndi eyni vəziyyət yenidən təkrarlandı. Sergey Lavrovla Mövlud Çavuşoğlunun görüşü ləğv olundu”.


Nəşr qeyd edir ki, bu fonda Çavuşoğlunun Bakıya gəlməsi və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparması diqqət çəkir.


"Bu görüş haqda ilk ehtimalları Əhməd Davudoğlunun bəyanatında görmək mümkündür. “Türkiyə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üçün bacardığı hər şeyi edəcək” deməklə o, faktiki olaraq Rusiya ilə mübarizənin yeni cəbhəsini Qarabağdan açdı. Davudoğlu qeyd etdi ki, Ankaranın niyyəti Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında iştirak etməkdir”, - deyə “Kommersant” vurğulayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam