Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın hərbi təyyarəsini Türkiyə vurdu - AÇIQLAMA (Video)

19c5c1de5ab3a434a30b8b9e60238de8

 

Bu gün Türkiyə hava məkanın pozduğu üçün vurulan hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu aydınlaşıb.
Xeberinfo.com:    Məlumata görə, Türkiyə Cumhurbaşqanlığı (Prezident Aparatı) hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlayıb. Vurulan təyyarənin “Su-24″ tipli hərbi təyyarə olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədində Su-24 təyyarəsinin vurulması faktını təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda təyyarə pilotlarının harada olduğu müəyyənləşdirilir.

“Təyyarə 6 min metr hündürlükdə olub. Güman ki, Su-24 yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Uçuş zamanı təyyarə Suriya havaməkanında olub. Bu, nəzarət vasitələri tərəfindən qeydə alınıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16″ qərəcıları tərəfindən vurularaq yerə salınıb. Təyyarə Suriya ərazisinə düşüb. İki pilot katapult edərək xilas olub.
Əlavə edək ki, bu il oktyabrın 16-da Türkiyə hava sərhədini pozan pilotsuz uçuş aparatı Türkiyə təyyarələri tərəfindən vurulub. Aparatın Rusiya istehsalı olduğu açıqlanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam