Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MDB ölkələri hərbi sahədə birləşir?

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri hökumət rəhbərlərinin Tacikistanın paytaxtı Düşənbədə keçirilən iclasında 40 sənəd imzalanıb.

"Xeberinfo.com":   Məlumata görə, ANSPRESS bildirir ki, sənədlər maliyyə, ictimai-iqtisadi və hüquq-mühafizə sferalarında əməkdaşlığı özündə əks etdirir.

Hökumət başçıları 2011 - 2020-ci illər arasında iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsi ilə bağlı və hava hücumundan müdafiə sahəsində də sənədlər imzalayıblar.

Müqavilə çərçivəsində azad ticarət zonasının reallaşdırılması ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, bədən tərbiyəsi və idman sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, gənclər siyasəti sahəsində əməkdaşlıq, veteranlara tibbi-sosial yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, belə halların aradan qaldırılması və digər məsələlər də hökumət başçılarının diqqət mərkəzində olub.

Hökumət Başçıları Şurasının növbəti iclasının 2016-cı ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə keçirilməsi qərara alınıb.

Bir daha qeyd edək ki, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

*   *   *11:44

Bu gün Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv ölkələrin hökumət başçılarının növbəti iclası keçirilir.

Virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki,iclasda yaxın perspektivdə MDB-yə üzv ölkələrinin əməkdaşlığının prioritet istiqamətləri nəzərdən keçiriləcək.

Sammitdə Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Ermənistan, Azərbaycan və Belarus baş nazirlərinin iştirak edəcəyi gözlənilir.

Proqrama əsasən, oktyabrın 30-u Tacikistan prezidenti Emomali Rahmon iclas iştirakçılarını qəbul edəcək.

İclasın yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam