Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvilidən ultimatum: "Məğlub olacaqsız!"

""İmedi" televiziya kanalının bağlanması ilə bağlı hadisədə istefa verdiyim kimi Gürcüstanın indiki hakimiyyəti də oxşar addım atmalıdır".

"Xeberinfo.com":   Məlumata görə, bunu ölkənin keçmiş prezdenti, Ukraynanın Odessa vilayətinin başçısı Mixeil Saakaşvili "Rustavi-2" telekanalı ətrafında baş verən hadisə ilə bağlı bəyanatında bildirib.

"Gürcüstan üçün ağır günlərdir. Bizi yenidən bataqlığa sürükləmək istəyirlər. Heç bir şər qüvvə millətimizin azad sözə olan sevgisini öldürməyə cəhd edə bilməz. Biz bütün maneələri aşacağıq. "Rustavi-2" və Gürcüstan azad olacaq. Biz unutmamalıyıq ki, yalana sığınan şər qüvvələr zəifdir. Ona görə də onlardan qorxmaq lazım deyil. Sizi qorxutmaq üçün onların əlində heç nə yoxdur. Mən Gürcüstan cəmiyyətinin müdrikliyinə, o cümlədən gənclərimizin vətənsevərliyinə və azadlığa sevgisinə inanıram. Söz azadlığına məhdudiyyət qoymaq cəhdi məğlubiyyətə məhkumdur", - deyə keçmiş prezident vurğulayıb.

O, "Rustavi-2" telekanalına toxunmamağı məsləhət görüb: "Bu telekanal söz azadlığının simvoludur. Əlbəttə, biz yaxşı gələcəyə sahib olmaq istəyirik. Bu gələcəyi heç bir daxili və xarici qüvvə bizdən ala bilməz. Əminəm ki, Gürcüstan və söz azadlığı qalib gələcək".

 

Qeyd edək ki, son günlər "Rustavi-2" telekanalının bağlanması ilə bağlı məhkəmə prosesi gedir. Ölkə ictimaiyyəti onun qapadılmasına etiraz olaraq aksiya keçirir(Report). 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam