Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb”

iran-_flag_tehran_030415

 

Rusiya heç vaxt etibarlı tərəfdaş olmayıb.

 "Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə müsahibəsində İran parlamentinin Energetika komissiyasının birinci katibi Əmir Abbas Soltani deyib.
Onun sözlərinə görə, Tehran “Buşəhr” AES-in tikintisi zamanı Rusiyanın İrana qarşı mövqeyinin şahidi oldu: “Rusiya bundan sonra da yalnız öz maraqlarından çıxış edərək fəaliyyət göstərəcək”.
Ə.A.Soltani qeyd edib ki, İrana neft satışına görə sanksiyalar tətbiq ediləndə Rusiya Tehranı dəstəkləmək üçün neft ixracını azalda bilərdi: “Lakin Moskva bunu etmədi və bununla da İran iqtisadiyyatına güclü zərbə vurdu”.
O, əlavə edib ki, İran sanksiyalar tam aradan qaldırıldıqdan sonra neft və qaz satışı və hasilatını artıracaq: “İran Rusiyanın maraqlarına zərər vursa da, öz iqtisadi və siyasi maraqlarına uyğun hərəkət edəcək. Bununla belə, Rusiya ilə olan ümumi maraqları unutmaq olmaz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam