Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Putinlə danışmağımın bir mənası yoxdur"

 

"Bu şəraitdə mənim Putinlə danışmağımın bir mənası yoxdur ".

"Xeberinfo.com":    Türkiyə KİV-inə istinadən xəbərə görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri zamanı jurnalistlərin "Gərginliyin qızğın döyüşə keçmə ehtimalı varmı? Putinlə görüşəcəksinizmi" sullarına cavabında deyib.

Türkiyə prezidenti qeyd edib ki, Rusiyanın belə bir iş görəcəyini ehtimal etmir: "NATO Şurasının təcili olaraq, növbədənkənar toplantı keçirməsi də işin ciddiyyətinin göstəricisidir. Moskvada Qurban bayramı ərəfəsində onunla uzun-uzadı danışdıq. Ondan sonra nələr olduğunu bilirsiz. Suriyada hava əməliyyatları başlayandan sonra telefonla danışdım. Bunun ardınca hava sərhədimiz pozuldu. Bu şərtlərdə onunla danışmağımın mənası yoxdur".

Baş verənlərin Mersində tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, təbii qaz layihələrinə təsir ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib ki, bu birtərəfli məsələ deyil: "Bunları eyni zamanda Rusiyanın da düşünməsi lazımdır. Akkuyunu Rusiya tikməzsə başqa birisi edər. Bu layihəyə artıq 3 milyard dollarlıq sərmayə də qoyublar.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Rusiyanın təbii qazının bir nömrəli istehlakçısıdır: "Ehtiyac olsa Türkiyə təbii qazı müxtəlif yollardan da ala bilər. Nəhayət, bütün bu məsələlərlə bağlı Rusiyanın yaxşı düşünməsi lazımdır. Türkiyə-Rusiya Yüksək Əməkdaşlıq Şurası var. Belə bir mexanizmi itirmək hər halda Rusiya baxımından yanlış olar. Biz də təbii olaraq, bunları itirmək istəməzdik. Ona görə də rusların bunları itirməsinə səbəb olacaq addımlar atacağından üzülürük. Belə hadisələrdə hissiyyata qapılmamalıyıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam