Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan Qarabağa görə Moskvaya gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti Rusiya prezidenti Valdimir Putinlə müzakirə etmək üçün Moskvaya gedir.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Stratfor” özəl kəşfiyyat agentliyinin növbəti analitik məqaləsində bildirilir.

“Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” də adlandırılan agentliyin təhlilçiləri bildirir ki, Ankara ilə Moskva arasında gərgin münasibətlər təkcə Suriyaya görə yaranmayıb. Rusiya son vaxtlar Türkiyənin Qafqazdakı ən əsas müttəfiqi Azərbaycanla da danışıqlar aparır.

Bəzi məlumatlara görə, Moskva ilə Bakı bu danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı dondurulmuş münaqişəni - Qarabağ münaqişəsini birdəfəlik həll etməyə çalışırlar.

“Stratfor”un təhlilçilərinin qənaətinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Bakını hərbi qarantı rolunda əvvəllər Türkiyə çıxış edirdi. İndi isə Rusiya bu regiondakı vəziyyətə təkbaşına nəzarət etmək istəyir.

Analitiklər hesab edir ki, Rusiya Suriya problemindən və Qarabağ münaqişəsindən “Türk axını” layihəsinin gələcəyi məsələsi ilə bağlı Türkiyəyə təzyiq göstərmək üçün istifadə etməyə çalışır. Xatırladaq ki, “Türk axını” layihəsi üzrə işlər bu yaxınlarda tam dayandırılıb.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam