Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“ABŞ İrana nüvə silahı əldə eləməyə imkan verməyəcək”

 

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanın kralı Salmanla Vaşinqtonda görüşü zamanı onu əmin edib ki, Amerika Tehranı cilovlayacaq və ona nüvə silahı əldə etməyə imkan verməyəcək.
"Xeberinfo.com":    Musavat.com-un verdiyi xəbərə görə, bu, Səudiyyə kralının ABŞ-a taxta çıxdıqdan sonra ilk səfəridir.
Görüşdə əsas müzakirə mövzusu İranın nüvə proqramından dolayı narahatlıqlar olub. Ər-Riyad əndişəlidir ki, İran Vyana anlaşması ilə sanksiyaların götürülməsi nəticəsində əldə elədiyi pulları regionda qarışıqlıq yaratmağa yönəldəcək. 
Lakin Vaşinqtonda əmin ediblər ki, Tehran özünün iqtisadi durumunu nəzərə alaraq vəsaiti ilk növbədə iqtisadiyyatının inkişafına yönəldəcək. Ağ Evdən o da bildirilib ki, ABŞ və müttəfiqlərinin müdafiə büdcəsi İranın müdafiə büdcəsindən 8 dəfə çoxdur və sanksiyaların götürülməsi qüvvələr nisbətinə ciddi təsir etməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam