Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Yenidən seçkiyə getməli olacağıq"

 

“Türkiyədə yenidən seçkiyə getmək zərurəti yaranıb. Böyük ehtimalla belə də olacaq. Çünki koalisiya hökuməti qurmaq üçün şərait yoxdur. Mən Türkiyə Böyük Millət Məclisinin qərarı ilə erkən seçkiyə getməyə üstünlük verirəm”.

"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu CHP sədri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, hazırda CHP ilə koalisiya hökuməti qurmaq üçün münbit şərait yoxdur: “CHP ilə apardığımız danışıqların Türkiyə demokratiya tarixində iki siyasi partiya üçün çox mühüm yeri olacaq. Kılıçdaroğluna qaydalara nəzakətli şəkildə riayət etdiklərinə görə təşəkkürümü bildirirəm. Görüşlər açıq və şəffaf keçdi. İki fərqli siyasi yolu olan partiyalar kimi dərin fikir ayrılıqlarımızın olduğu hamıya məlumdur. Başlıca olaraq xarici siyasət və təhsillə bağlı fikir ayrılıqlarımız var. CHP-yə müddətli bir islahatçı hökumət qurulması və ölkəni seçkidən əvvəl hökumətsiz qoymamaq üçün təklif irəli sürdük. Artıq CHP ilə koalisiya hökuməti qurmaq üçün heç bir şans qalmayıb”.

Ə.Davudoğlu MHP sədri Dövlət Baxçalı ilə təkrar görüşəcəyini də istisna etməyib: “Bu, bizim təbii haqqımızdır. Baxçalı ilə görüşdən sonra ölkə prezidenti ilə məsləhətləşmələr aparmağa da ehtiyac yarana bilər. Koalisiya hökuməti qurmaq, habelə ölkənin hökumətsiz qalmamağı üçün danışıqları davam etdirəcəyik. Yenidən seçki zərurətinin meydana çıxdığı bir vaxtda siyasi dialoq davam etdirilməlidir”.

Ə.Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğanın koalisiya hökuməti qurulmasının əleyhinə olması ilə bağlı fikirlərin əsassız olduğunu da bildirib: “Əgər CHP ilə fikir ayrılıqlarımız olmasaydı, onlarla koalisiya hökuməti qurmağa razı olardıq və ölkə başçısını da buna razı salardıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam