Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Vardanyan gileyləndi:"Artıq ciddi iqtisadi çöküş yaşanır"

Vardanyan gileyləndi:    "Artıq ciddi iqtisadi çöküş yaşanır"  
Separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyan növbəti dəfə gileylənərək Xankəndidə vəziyyətin ağırlaşdığını deyib.
Yenixeber.org: O, separatçı "məmur"ları bir araya yığaraq iclas keçirib. Vardanyan davam edən aksiyalar fonunda Qarabağın ermənilər yaşayan hissəsinin blokada şəraitinə düşdüyünü iddia edib.
Separatçıların baş təxribatçısı qeyd edib ki, hazırda dəhliz bağlı qaldığı üçün artıq iqtisadi sahədə ciddi problemlər yaranmağa başlayıb.
"Bir sıra qurum və müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb ki, bu da həm maliyyə, həm də sosial-iqtisadi baxımdan əlavə gərginliyə səbəb olur", - iclasda vurğulanıb.
Toplantıda ərzaq, dərman, benzin və əsasən kənd təsərrüfatında istifadə olunan dizel yanacağı ilə bağlı mövcud vəziyyətə dair məlumatlar verilib, yerlərdə yaranan problemlər təqdim edilib. Həmçinin enerji, su təchizatı və infrastruktur sahələrində də yaranmış ağır vəziyyətlə balı hesabat təqdim olunub. Bu sistemlərin rahat işləməsini təmin etmək üçün qənaət rejiminin davamlı olmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib : "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam