Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nüvə sazişinin əleyhinə layihə verildi

 

Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin respublikaçı sədri palataya qanun layihəsi təqdim edib. Layihə İranla altı dövlətin imzaladığı nüvə sazişinin əleyhinədir.
"Xeberinfo.com":   Məlumata görə, layihə avqustun 4-də təqdim olunub. Daha öncə konqresmen Peter Roskam iddia edib ki, Palatada həmin sazişin rədd edilməsi üçün respublikaçılar yetərli səs toplaya bilər. Ancaq mümkün prezident vetosunu önləmək üçün səslərin sayı kifayət etməyə bilər.
Roskam deyir ki, Nümayəndələr Palatasının 434 üzvündən 218 nəfəri – hamısı respublikaçılar olmaqla – sazişin əleyhinə səs verəcəklər.
Palata azlığının lideri Nancy Pelosi bildirib ki, vetonu saxlamaq üçün kifayət qədər demokratın sənədin lehinə səs verəcəyini gözləyir.
Bu arada Senatın respublikaçı çoxluğunun lideri Mitch McConnell avqustun 4-də söyləyib ki, Senat “çox güman ki,” İran nüvə sazişini dəstəkləməyən qətnaməni nəzərdən keçirəcək. /”Azadlıq” radiosu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam