Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“İran razılaşmasa, masadan qalxarıq”

 

ABŞ rəhbərliyi, 5+1 ölkələri ilə İran arasındakı müzakirələrin uzadıldığı 7 İyula qədər razılaşmaya nail olmaq üçün çalışdıqlarını, ancaq yaxşı bir razılıq olmaması halında masanı tərk etməyə hazır olduqlarını bildirib.
"Xeberinfo.com":   Ağ Evin sözçüsü Josh Earnest, gündəlik mətbuat brifinqində, Avstriyanın paytaxtı Vyanada davam edən danışıqlara dair sualları cavablandırıb.
Yekun saziş üçün son tarixin 30 İyunda başa çatdığını, ancaq Qərb ölkələrinin İran ilə danışıqları uzatdığını xatırladan Earnest, “Bu təyin olunan tarixə (7 İyul) görə hərəkət etməyə davam edirik və bu tarix danışıqların hazırda aqressiv bir tempdə keçirildiyini əks etdirir” deyə bildirib.
ABŞ-ın Dövlət Katibi Con Kerrinin 7 İyula qədər razılığa gəlinməməsi halında masanı tərk edəcəklərini söylədiyini xatırladan Earnest, Tehran rəhbərliyinin Apreldə əldə edilən çərçivə anlaşılmasındakı, xüsusən İranın nüvə obyektlərinin intensiv şəkildə yoxlanması kimi öhdəliklərini yerinə yetirməməsi halında bir razılıq olmayacağını deyib.
Qərb mətbuatının əldə etdiyi məlumata görə, İrana tətbiq edilən sanksiyaların qısa bir müddətdə ləğv edilməsi üzrə razılıq təmin olunub.
Qeyd edək ki, dünən ABŞ-ın Dövlət Katibi Con Kerri İran ilə razılaşmaya yaxın olduqlarını bildirmişdi. Bu açıqlamadan sonra neft 56.15 dollara qədər düşdü. Bu gün neft yenidən zəif də olsa bahalaşmaya başlayıb. Bakı vaxtı ilə 09:00-da brent nefti 57,13 dollardan alıcı tapıb.
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ən böyük dördüncü istehsalçısı olan İran, sanksiyaların ləğv edilməsi halında neft ixracını 6 ay ərzində 2 dəfə artıracağını açıqlayıb. Belə olan vəziyyətdə qlobal neft təklifinin daha da artması ilə neftin kəskin ucuzlaşacağı gözlənilir. Bu ehtimal indidən nefti ucuzlaşdırır.
Tərəflər İranın atom bombası istehsal etməsini əngəlləyəcək və sanksiyaları qaldıracaq bir razılaşmaya nail olmağa çalışır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) beş daimi üzvü ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın yaratdığı 5+1 qrupu ilə İran arasında aparılan danışıqlar bu gün başa çatır. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam