Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğandan “New York Times”a sərt cavab

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “New York Times” nəşrini rəsmi Ankaraya ünvanladığı ittihamlara görə sərt tənqid edib

 

"Xeberinfo.com":   Musavat.com-un BBC turkce-yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Ankarada politoloqlar qarşısında çıxışı zamanı bildirib. 
Xatırladaq ki, “New York Times” dünən özünün “Türkiyə üzərində qara buludlar” məqaləsində Ərdoğanı ölkədə “qaykaları sıxmaqda”, xüsusilə də 7 iyun parlament seçkiləri ərəfəsində öz siyasi rəqiblərini, o cümlədən jurnalistləri təqib eləməkdə suçlamışdı. Qəzetin qənaətincə, ABŞ və Türkiyənin NATO üzrə başqa tərəfdaşları Ankaraya bu yoldan çəkilmək üçün təzyiq eləməlidir.
“Siz öz yerinizi bilməlisiniz. Bunu yazmaqla siz söz azadlığının sərhədini keçirsiniz və Türkiyənin daxili işlərinə qarışırsınız. Siz belə şeyləri ABŞ haqda yaza bilərsinizmi? Onlar (hakimiyyət –red.) buna imkan verməz və anındaca nə lazımdırsa, onu edərlər”, - deyə Türkiyə prezidenti sərt formada qəzetə reaksiya verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam