Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədən ABŞ-a sərt CAVAB

 

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ-ın “New York Times” qəzetində dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli iş birliyi” başlıqlı məqalə ilə əlaqədar redaksiyaya etiraz məktubu göndərib.

 

"Xeberinfo.com":   Xarici mediaya istinadən məlumata görə, türk səfir sözügedən məqaləyə görə ABŞ-ın Ankaradakı sabiq səfiri Eric Edelmana etirazını bildirib:

 

“Cənub sərhədlərimizdə təhlükə yaradan, 2003-cü ildən İraqı işğal etməklə bölgəmizdə münaqişə və təhdid ocaqları yaradanlara qarşı Türkiyə də özünün müdafiə gücünü tətbiq etməyə borcludur. ABŞ-ın sabiq səfirinin Türkiyəyə qarşı bu ittihamları isə çox ironik görünür. Bir terror təşkilatına qalib gəlmək üçün digər terror təşkilatının cinayətlərini unudaraq, onunla razılaşma imzalayanlar Türkiyəni öz əməllərinə ortaq edə bilməzlər”.

 

Xatırladaq ki, “New York Times” qəzetinin 2015-ci il 27 avqust tarixli sayında Birləşmiş Ştatların Ankaradakı sabiq səfiri Eric Edelmanın adından dərc olunan “ABŞ-ın Türkiyə ilə təhlükəli işbirliyi” başlıqlı məqalədə iddia olunur ki, prezident Rəcəb Tayyib Ərdoğan ölkə daxilində apardığı vətəndaş mübarizəsinin qarşısını almaq üçün “İncirlik” hərbi hava bazasını koalisiya qüvvələrinin üzünə açıb.

 

Məqalədə həmçinin ABŞ prezidenti Barak Obamaya Ərdoğan hökuməti ilə münasibətləri sərtləşdirmək və qarşılıqlı kəşfiyyat məlumat mübadiləsinin azaldılması çağırışları edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam