Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Rusiyanın İrana raket sistemi satmasının vaxtı deyil”

CE6F54CF-4B13-42F7-980B-F52CDBD2DBB6_w640_r1_s

 

Obama administrasiyası Rusiyanın İrana müasir S-300 raket sistemi satışı ilə bağlı narahatlığını ifadə edib.
"Xeberinfo.com":   Məlumata görə, Ağ Evin sözçüsü Coş Ernest deyib ki, administrasiya Rusiyanın mümkün satışına dair etirazını əvvəlcədən bildirib və Dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla söhbət zamanı məsələ əlaqədar narahatlığını ifadə etmək imkanına malik olub.
Coş Ernest Rusiyanın ABŞ-ın regionda müttəfiqlərinin təhlükəsizliyi məsələsinə ciddi yanaşdığını anladığını bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf deyib ki, İrana S-300 tipli raket müdafiə sistemi transferi BMT-nin mövcud sanksiyalarının pozulması olmaya bilər, lakin o əlavə edib ki, ABŞ regionda vəziyyəti nəzərə alaraq bunun üçün düzgün vaxt olmadığını hesab edir.
Kremlin veb səhifəsinə əsasən, Rusiya prezidenti Vladimir Putin 2010-cu ilin sentyabrında İranın yer-hava tipli müasir raket sistemi ilə təmin edilməsinə qoyulmuş qadağanın götürülməsi haqda sərəncam imzalayıb.
Qərarla bağlı izahat verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, İran və dünyanın altı qüdrətli dövləti arasında nüvə danışıqlarında inkişafın əldə edilməsi ilə Rusiyanın Tehranı S-300 tipli raket sistemi ilə təchiz etməsinə dair beynəlxalq embarqo və Rusiyanın öz tərəfindən qoyulmuş qadağa aradan qaldırılmış olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam