Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİ "GİZLİ HÖKUMƏT" CƏZALANDIRIR!

 

Düşündüm ki, birdən sabah gec olar…

"Xeberinfo.com":  «Böyük müharibə»yə hazırlıq gedir!» başlıqlı məqalənin birinci hissəsində ABŞ prezidenti Con Kennedinin öldürülməsi məsələsini təsadüfən önə çəkməmişdim. İndi çoxlarına məlumdur ki, böyük demokrat «Gizli dünya hökuməti»nin iradəsinin əksinə getməyinin qurbanı olub!

Ukrayna hadisələri (Ukraynanı Avropa İttifaqına inteqrasiyadan çəkindirmək istiqamətində Rusiyanın gizli-aşkar çalışmaları, Krımı ilhaq etməsi, ölkənin şərqində separatizmi alovlandırıb, ona hər cür dəstək verməsi və s.) açıq-aydın göstərir ki, Putin də «Gizli Hökumət»in maraqlarını saya salmır…

Mənbələrin məlumatına görə, Putinin tələm-tələsik hakimiyyətin olimpinə gətirilməsi masonların seçimi olsa da, onun özü hələ ki, «Gizli hökumət»in («dərin dövlət») nüvəsini təşkil edən mason lojalarına qəbul olunmayıb. Hər halda, günümüzə qədər bunu təsdiqləyən informasiyaya rast gəlməmişik…

1183271Dünyanın ən sirli təşkilatı olan masonların bir qolu («loja») da Rusiyada möhkəmlənib. Belə loja çar Rusiyasında olsa da, Oktyabr İnqilabından sonra Rusiya masonları ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. Mənbələrin məlumatına görə, SSRİ-nin süqutundan sonra (1992) masonluq yenidən Rusiyaya qayıdıb. Hazırda bu lojanın 400-ə yaxın üzvünün olduğu bildirilir. Maraqlıdır, onların arasında tanıdıqlarımızdan kimlər var?

Tanınmış tarixçi, «rus xalqına qarşı süi-qəsd»i ifşa etmiş Platonov «rus masonlarının siyahısı» adlı bir sənəd çap etdirib. O təsdiq edir ki, Brejnev, Yeltsin, Lujkov, Primakov, Abramoviç, Berezovski, Voloşin (Kreml administrasiyasının sabiq başçısı), Kiriyenko, Kozırev, Qaydar, Yavlinski, Nemtsov (!!!), həmçinin 90-cı illərin əksər siyasətçiləri, Kasparov, bankir Aven, eks-bankir Geraşenko, Xodorkovski, rejissov Qovoruxin, biznesmen Bendukidze, Sereteli, həmçinin hüquq müdafiəçiləri Alekseyeva, Ponomoryov, Kovalyov Rusiya mason lojasının üzvləridirlər.

Bir maraqlı məlumata da rast gəlinir. Guya 1990-cı ildə SSRİ-nin Fransadakı səfirliyinin katibi mason ordeninə dəvət olunub. Ona təklif olunub ki, mason lojasına üzv olmaq təklifini SSRİ prezidenti Qorbaçova çatdırsın. Katib imtina edib və belə deyib: «Mixail Serqeyeviç ümumbəşəri dəyərlərə üstünlük verir və «loja»da təmsil olunmaq fikrində deyil!»

Boris-Nemtsovİndi isə diqqət yetirin – Putin Ukrayna məsələsində (təkcə Ukrayna məsələsində yox!) masonların iradəsini saya salmadığı bir vaxta, ona qatı müxalif siyasətçi – mason lojasının üzvü Boris Nemtsov Kreml «divarının dibində» nümayişkəranə şəkildə qətlə yetirilir!Əgər gerçəkdən də Nemtsov mason lojasının üzvü olubsa, onda «Gizli hökumət» çətin ki, Putinin bu «şıltaqlığı»nı bağışlasın…

Mason maraqlarına toxunan tanınmışların cəzalandırılması siyahısı təkcə ABŞ prezidentləri Linkoln və Kennedi ilə bitmir. Məsələn bir məlumata görə, dahi bəstəkar Motsart da mason lojasının üzvü olub. Amma o, yazdığı «Sehrli fleyta» əsərində mason sirlərini faş ediyi üçün zəhərlənərk, öldürülüb! Bir məlumata görə, Vyana operasında «Sehrli fleyta» ifa edilərkən, «Usta»nın ariyası səslənən kimi, onlarla tamaşaçı ayağa qalxır – bax, onlar masonlardır…

Son məlumatlara görə, ABŞ-da 1 milyon 800 min, Böyük Britaniyada 300-ə yaxın, Rusiyada isə, yuxarıda yazdığım kimi, 400-ə yaxın mason var. Onlar lojalara aşağıdakı qaydada üzvlük haqqı (illik) ödəyirlər: ABŞ-da 100 dollar, Avropada 400-600 avro, Rusiyada 300 dollara yaxın, üstəlik də könüllü ianələr.

Məlumata görə, Rusiyanın baş masonu Andrey Boqdanovdur.

İndi isə gəlin diqqət yetirək: Son günlər (mason Nemtsovun qətlindən az sonra!) Rusiya Prezidenti V.Putinin adı ətrafında yayılan çeşidli məlumatlar (onun publikaya görünməməsi, hərbçilər tərəfindən neytrallaşdırılması, mühafizəçisinin və yaxın dostunun öldürülməsi, Moskvaya ağır texnika yeridilməsi, prezidentin görüşlərinin ləğv olunması və s.) doğru çıxacağı təqdirə, şübhə olmayacaq ki, Putinin taleyini «Gizli hökumət» həll edib!

Gözləyək…

P.S. Bu yazını bir neçə gündən sonra yazmaq fikrindəydim. Sonra fikirləşdim ki, birdən sabah gec olar…


AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam