Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sərhədimizdə qurulan gizli mərkəzlərin dəhşətli missiyası

 

Sərhədimizdə qurulan gizli mərkəzlərin dəhşətli missiyası

 

 

Keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin (PENTAQON) maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı daha bir narahatlıq ifadə olunub

 

Yenixeber.org: Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.

“Moskva Rusiya sərhədlərində Vaşinqtonun tibbi-bioloji fəallığından narahatdır. Keçmiş SSRİ-nin bir çox respublikasında mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb. Onlar birbaşa ABŞ Müdafiə Nazirliyinin vasitələri ilə təchiz edilib”, - o qeyd edib.

Diplomatın sözlərinə görə, son illərdə Rusiya sərhədlərində bilavasitə ABŞ hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə bağlı ciddi problemlər mövcuddur.

Qeyd edək ki, ABŞ-ın dünya ölkələrində mikrobioloji laboratoriyalar yaratması zaman-zaman gündəmə gəlib. Bildirilir ki, Amerika geosiyasi ekspansiyası bəzən müxtəlif bioloji laboratoriyalar şəklində özünü göstərir. EADaily saytının yazdığına görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.

Ermənistana gəlincə, ABŞ Rusiyanın müttəfiqinin ərazisində üç laboratoriya açıb. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir.

“Məlumatlandırılmış və qorunmuş istehlakçı” İctimai təşkilatın sədri Babken Pipoyanın fikrincə, referens-laboratoriyaların Ermənistan ərazisində fəaliyyəti ən müxtəlif problemləri və təhlükələri gətirə bilər.

Adətən təhlükəli infeksiyalar Afrika və Cənubi Asiya ölkələrində təsbit edilir. Amerika hərbçiləri bu ölkələrdə müvəffəqiyyətli epidemioloji vəziyyətə yüksək maraq göstərirlər. Ancaq Vaşinqtonun əsas geosiyasi rəqibi - Rusiya ilə coğrafi yaxınlığı olan ölkələrdə yaradılan “laboratoriyalar” Pentaqonun fəallığının prioritet istiqamətlərindəndir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam