Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zaxarova:“ABŞ-ın Qarabağın həlli üçün pulu yoxdur?”

Nəzəri baxımdan əgər həmsədrlərdən biri az olsa, o zaman ATƏT-in Minsk Qrupunun formatı da dəyişəcək.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarov amerikalı keçmiş həmsədr Metyu Brayzanın ABŞ-ın Minsk Qrupundan çıxacağı ilə bağlı çıxışını şərh edərkən söyləyib.

“Bu sual Amerika tərəfinə ünvanlanmalıdır. Hər şey məntiqli görünür. Əgər bir həmsədr az olsa, format dəyişəcək. Onların bunun üçün pulu çatmırmı? Əgər onların pulu çatmırsa, bu sual bizə yox, Amerikaya ünvanlanmalıdır. Rusiya üçün Dağlıq Qarabağın həlli məsələsi beynəlxalq gündəmdəki əsas prioritetlərdən biri hesab edilir. Ona görə ki, söhbət təkcə bizim qonşularımızdan yox, həm də bizi yalnız sənədlər və öhdəliklərlə bir-birimizə bağlamayan xalqlardan gedir. Bizi tale, həyat bir-birimizə bağlayır. Bizim on illər, yüz illər ərzində ümumi həyatımız, taleyimiz olub. Ona görə də Dağlıq Qarabağ bizim üçün prioritetdir”, – deyə o bildirib.

Qeyd edək ki, Metyu Brayza bundan öncə ABŞ Dövlət Departamentinin maliyyələşdirilməsinin azaldılması ucbatından Vaşinqtonun öz həmsədrini ATƏT-in Minsk Qrupundan geri çağıracağını bildirmişdi. (axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam