Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“ABŞ kəşfiyyatı diplomatımızı “verbovka” etməyə çalışıb” –Zaxarova

mariya_zaxarova_240316

“ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı keçmiş hökumət başçısı Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıblar”.

Xeberinfo.com:  “RİA Novosti”yə istinadən məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində deyib.

M. Zaxarova bildirib ki, vaxtilə Y. Primakovun müalicəsi üçün ABŞ-da satılan bir dərmana ehtiyac olub. Bu məqsədlə ABŞ-dakı Rusiya diplomatlarından birinə dərmanı alması üçün tapşırıq verilib və keçmiş baş nazirin ailəsinin, dostlarının topladığı 10 min dollar ona göndərilib. “Bütün rəsmi proseduralara əməl olunub, lazımi arayış və reseptlər yazılıb. Diplomat aptekə daxil olduqda ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları yaxınlaşaraq onu mobil rabitənin çalışmadığı zirzəmiyə aparıblar və bir saat ərzində onunla söhbət ediblər. Bu söhbət adi söhbətdən çox, diplomatı onlara işləməyə razı salmaq cəhdinə bənzəyib. Diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar. Nəticədə preparat diplomatdan alınıb və pul da ona geri qaytarılmayıb”.

M. Zaxarava əlavə edib ki, ABŞ dövlət katibi Con Kerri hadisəni qəbuledilməz adlandırıb və preparatın Rusiyaya çatdırılması üçün əllərindən gələni edəcəklərini söyləyib. “Təəssüf ki, çox vaxt itirildi”, – deyə XİN nümayəndəsi qeyd edib.
C. Kerrinin müdaxiləsinə baxmayaraq, həmin diplomat bir qədər sonra ABŞ-dan çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam