Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milyonlarla pakistanlını xilas edən azərbaycanlı

Milyonlarla pakistanlını xilas edən azərbaycanlı

 

Tanınmış milyonçu, mesenat, Rusiya imperiyasının dövlət müşaviri Hacı Zeynalabdin Tağıyev həyatı boyu həmişə insanlara kömək edib. Ötən əsrin əvvəllərində Bakıda neft zavodları, ilk dəmiryolu, Bakı su kəməri, ilk banklar, ilk pambıq kombinatı, məktəblər, mədrəsələr, məscidlər, xəstəxanalar, teatrlar və bir çox yeniliklər məhz onun adı ilə bağlıdır. O, xaricin ən nüfuzlu universitetlərində gələcək mütəxəssislərin - neftçilər, hüquqşünaslar və həkimlərin təhsil haqqını ödəyirdi

 

Yenixeber.org: Lakin azərbaycanlı milyonçu xeyriyyəçilik fəaliyyəti ilə təkcə Rusiya imperiyasında deyil, digər dövlətlərdə də tanınırdı. Misal üçün bu günə əhalisinin sayına görə dünyada altıncı olan Pakistan.

XIX əsrdə Pakistanın ərazisi İngiltərə ordusu tərəfindən işğal edilərək Britaniya Hindistanının tərkibinə daxil olunmuşdu. XX əsrin əvvəllərində isə Pakistan müstəqilliyi və təhsili uğrunda hərəkat başlayanda, ölkə ərazisində taun epidemiyası yayılmışdı. 

Sürətlə yayılan ölümcül xəstəlikdən Pakistanda 100 mindən çox insan dünyasını dəyişdi. Xəstəliyə yalnız sağlam insanlara peyvənd vurmaqla qalib gəlmək olardı. Və bu vaxt Hacı Zeynalabdin Tağıyev öz hesabına taun xəstəliyinə qarşı 300 min amplua vaksin alaraq Pakistana göndərib. Onun bu addımı Pakistanda taun epidemiyasının qarşısını almaqda əsas rol oynayıb.

1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra bu fakt dərsliklərə daxil edib. Elə bu yaxşılıqlara görə, Pakistan xalqı Azərbaycanı qardaş dövlət hesab edir və Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyini tam dəstəkləyir. Maraqlıdır ki, Pakistan dünyada yeganə ölkədir ki, Ermənistanı Dağlıq Qarabağ məsələsindəki mövqeyinə görə, dövlət kimi tanımır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam