Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Suriyada axıdılan qan: Hələb faciəsi - Obama nə istəyir?

709470101001097980717no

Xeberinfo.com:   Hətta Suriya müharibəsinin dəhşətlərinə adət etdiyini və artıq hər şeyi gördüyünü düşünən kimsə də, Hələb şəhərinin yaşayış məhəllələrinin sistemli şəkildə bombalanmasından sonra şoka düşür. Yenidən görsəndi ki, Suriya müharibəsində müqəddəs heç nə və heç kim yoxdur – yaşayış rayonları, bazarlar, məscidlər, məktəblər, xəstəxanalar və digər yerlər qətiyyən təhlükəsiz hesab oluna bilməz. Hər şeyə icazə verilib, hər şey mümkündür. Bəşər Əsədlə birlikdə onun müttəfiqləri onların törətdiklərinə qarşı dünya ictimaiyyətinin dərin səssizliyinin mənasını hamıdan yaxşı anladılar.

İlk baxışda Hələbdə baş verənlər, müharibədə əvvələr də yaşananlardan heç nəyi ilə fərqlənmir. Biz bu cür dəhşətli səhnələri altı illik döyüşlərdə dəfələrlə müşahidə etmişik. Həmişə olduğu kimi, qəddarlığın böyük hissəsini hökumət qoşunları, rejimin müttəfiqləri və hərdən isə onların rəqibləri, xüsusən də İŞİD başda olmaqla, radikal islamçı qrupları törədirlər.

Lakin Hələbin unikallığı onun miqyasındadır. Bura nə qəsəbədir, nə də kənddir ki, bir neçə zərbədən sonra dünya onu tez yaddan çıxarsın. Hələb böyük şəhərdir. Burada bir neçə milyon insan yaşayırdı və hər gün endirilən güclü sarsıdıcı zərbələr müdhiş dağıntılar yaradıb.

Görünür ki, Əsəd rejimi müharibənin gedişindəki nəzərə çarpan imkanlardan maksimium istifadə etməyi qərara alıb. Bəşər Əsəd çalışır ki, daha çox qələbə qazansın. Əldə edilən uğurların heç biri əhəmiyyətinə və rəmzinə görə Hələbdəki qələbə ilə müqayisəyə gəlməz. Burada söhbət əhalisinin sayına görə ölkənin ikinci şəhərindən gedir. Uzun və çətin olmasına baxmayaraq, bu şəhərin zəbt edilməsi müharibədəki qələbəyə aparan yoldur.

Təəccübü olan təkcə Hələb şəhərinin Əsəd və Putin tərəfindən törədilmiş dağıntıları deyil, fakt ondan ibarətdir ki, bombardmanlar Rusiya xarici işlər naziri və ABŞ dövlət katibinin əldə etdikləri atəşkəs razılaşmasının pozulmasından bir həftə sonra başlayıb. Belə görünür ki, Rusiya heç zaman öz müttəfiqi Bəşər Əsəd tərəfindən Suriyada ona verilmiş bazalardan imtina etmək niyyətində deyil. Amma bununla yanaşı Amerikan administrasiyası Suriya faciəsi qarşısında növbəti dəfə özünün tam gücsüzlüyünü sübut etdi.

Obama yalnız bir şey istəyib – bütün gücü ilə Suriya müharibəsinə ABŞ-ın müdaxilə etməsindən qaçmağı. O hər dəfə təkrar edib ki, Amerikan əsgərləri, istər döyüşlərin gedişinin dəyişilməsi və isitərsə də cinayətlərinə görə Əsəd rejimini cəzalandırmaq məqsədi ilə Suriyaya yollanmayacaqlar.

Obama istəmir ki, Suriyadakı qanlı faciə onun irsini ləkələsin. Bəlkədə eqoistik nöqteyi-nəzərindən yanaşsaq, o haqlıdır. Obamanın amerikalı əsgərlərin həyatını düşünməsi də mümkündür. Ancaq taleyin acı kinayəsinə görə, Suriya müharibəsi, heç kimin adı ilə deyil, məhz daha çox onun adı ilə bağlanacaq.

Dünyanın susması biabırçılıqdır. Amma həmişə belə olub. Fələstin-İsrail münaqişəsinin mübtəlası fonunda Hələbdəki faciəyə tamamilə etinasızlıq göstərilir. Yəni, hər halda, görəsən ruslarla qarşıdurmaya girməyə həvəsli görünən varmı?

Əlavə onu da demək lazımdır ki, əgər üçüncü dünya ölkələrinin dikatatorları çətin vəziyyətdən qurtulurlarsa və hakimiyyətlərini qoruyurlarsa, onda onlar “sudan quru çıxırlar”.

(“İsrael Hayom”-İsrail)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam