Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vergi düyünü:Kəmaləddin Heydərovun yeznəsinin vəzifədən getməsinin – Sirri

Vergi düyünü:

Yenixeber.org: Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşı Faiq Şahbazovun vəzifəsindən azad olunmasının səbəbləri məlum olub.

 Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru postundan gedən F.Şahbazovun işdən çıxarılması K.Heydərovla bağlı gedən proseslərin tərkib hissəsi kimi qiymətləndirilir.

Vergi düyünü:

 

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov

Son aylar FHN rəhbərinin siyasi və iqtisadi mövqelərinin zəiflədilməsi müşahidə olunur.

Xüsusən də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda biznes fəaliyyətinə “yaşıl işıq” yandırılması və nazirə aid bəzi müəssisələrin onun nəzarətinə keçməsindən sonra hadisələr yeni fazaya qədəm qoyub.

K.Heydərovun qeyri-rəsmi kurasiyasında olan “Gilan” holdinqdə Vergilər Nazirliyi tərəfindən audit yoxlamaları aparılması xəbəri, ardınca “Paşa holdinq”in tabeçiliyində “Neftchala Fish Factory” MMC-nin nazirlik tərəfindən qeydə alınması və “Caspian fish”in balıq bazarından çıxarılacağı proseslərin hansı istiqamətdə inkişaf etdiyini göstərir.

Vergi düyünü:

 


Vergilər naziri Fazil Məmmədov

Bu hadisələrin davamı olaraq FHN rəhbərinin yeznəsinin Vergilər Nazirliyindəki vəzifəsindən getməsi incə bir nüansa diqqət çəkməyi zəruri edir – Kəmaləddin Heydərov ətrafında baş verənlər məhz vergi naziri Fazil Məmmədovun əli ilə gerçəkləşir…

“Fövqəlnazir”in sıxışdırılmasının səbəbləri və hara qədər davam edəcəyi, yekunun nə ilə nəticələnəcəyi haqda müfəssəl bilgilər olmasa da, 2018-ci ildə K.Heydərovla bağlı gedişat tam aydınlaşacaq.

Emil/AzEuroNews.com/ Bakı ► ► ►


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam