ZAMAN KİMİN XEYRİNƏ İŞLƏYİR?
"Xeberinfo.com": Dərin iqtisadi-siyasi araşdırmalar aparmadan zamanın kimin xeyrinə işlədiyi haqqında mətbuatda cıxış edib kimisə inandırmaq mümkünsüzdür.
24.XII. 2011-ci il tarixli “Yeni Xəbər” mətbu orqanında bir nəfər “Zaman Putinin xeyrinə işləyir” mövzusunda publisistik yazısı ilə çıxış etmişdi. Həmin mətbu orqanının 04 və 18 fevral 2012-ci il tarixli saylarında o, məndən cavabını almışdır. Oradan bir cümləmi sitat gətirirəm: “ Nəhayət zaman putinlərin xeyrinə yox, insanların normal həyat sürməsi üçün Yer kürəsini Yaradanın verdiyi istiqamətə doğru işləyəcəkdir”.
Hər şeydən əvvəl anlamaq lazımdır ki, tarix boyu Yer kürəsində zorakılıqla yaradılan imperiya sistemi özünü doğrultmayıb və darmadağın olub. Sonuncu imperiya olan Sovetlər İttifaqının xarici siyasətini idarə edən DTK İ.V.Stalin dünyasını dəyişəndən sonra daim Pentaqonun Mərkəzi Kəşfiyyat İdarəsinə uduzubdur. DTK-nın çəkici və zindanı ilə döyəclənib başa gələn kadrlar dövlətiin siyasətini, iqtisadiyyatını idarə etməyi bacarmır, müasir dövrlə ayaqlaşa bilmirlər.
“FEMİDA” mətbuu orqanının 27.03.1996-cı il tarixli sayında dərc olunmuş “Qolqofa” əməliyyatı adında iri həcmli yazısına nəzər salaq. “Femida” yazır ki, 1982-ci ilin noyabrında Leonid İliç vəfat etdikdən sonra Yuri Vladimiroviç Andropov MK-nın Baş katibi seçilmişdi.
...Mixail Petroviç deyir: “ Xeyli zəhmətdən sonra, nəhayət, stolumun üstünə 10 variant qoyuldu. Proqnozların hamısı ölkəmizin iqtsadi və siyasi sahədə tam fəlakətə uğrayacağını göstərirdi. Heç bir sevindirici nəticə görünmürdü. Etiraf edim ki, mən bunu gözləmirdim.
...Bunu Yuri Vladimirovicdən soruşsam da artıq MK AİS-də məxfi məlumatları diqqətlə nəzərdən keçirəndən sonra onun seçə biləçəyi şəxsiyyətləri təxmini müəyyənləşdirmişdim.
-Xoşbəxtlikdən bizim sistemimizdə savadlı siyasətçi və iqtisadçılar yoxdur. Bütün ali məktəblərdə əslində mövcud olmayan sosializm siyasi iqtisadının tədrisi bizim hətta Aqanbekyan, yaxud Şatalin kimi görkəmli akademiklərimizin də beynini tamamilə xarab edir. Ümumiyyətlə, iqtisadiyyatın və ayrıca götürdükdə bazarın əsil məğzini anlamaq üçün bizə bir nəsil gərəkdir. Ölkəmizin heç siyasəti də yoxdur. Aparatın içərilərində gedən bəzi oyunları siyasət sayılmır. Nə isə, birinci mərhələnin başında Qarbaçov duracaq.”.
Bəli, SSRİ DTK-sının sədri Böyük Britaniyanan Baş Naziri M. Tetçerin təriflisi və gələcəkdə ABŞ-nın Prezidenti R.Reyqanla məxfi görüş keçirərək SSRi-nin dağıdılmasını hıyata keçirən M.S, Qarbaçovu hakimiyyətə gətirir.
“Vətəndaş Həmrəyliyi” qəzeti 1-7 oktyabr 2010-cu il tarixli sayında yazır: “1981-ci ilin avqustunda isə Mişel Şale “Vetro-Faravell”in dosyesini amerikalılara verdi. ABŞ prezidenti Ronald Reyqan dönəmində vitse-prezident olan Corc Buş da bu sənədlərin dəyərini dərhal anladı. O. MKİ –nin direktoru U.Keysi, Federal Təhqiqat Bürosunun rəhbəri U. Uebster və Milli Təhlükəsizlik Agentliyinin direktoru B. İnmeni dərhal yanına çağırdı. Fövqaladə toplantıdan sonra MKİ direktoru U. Keysi sənədləri o dönəmdə ABŞ-ın Milli Təhlükəsizlik Şurasında çalışan təcrübəli analtik Q. Vaysa verdi. 1982-ci ilin yanvarında isə Vays MKİ direktoru U. Keysiyə hesabatını təqdim edti.
Həmin hesabatda təklif olunurdu ki.Moskvaya əldə etməyə can atdığı texnologiyalar və avadanlıqlara yiyələnməyə “imkan” vermək gərəkdir. Amma həmin avadanlıqlarda gizli nöqsanlar olmalıdır. Gərçi Sovetlər Birliyinin hansısa casusunun yalanı aşkarlansa belə, ABŞ yenə də udan tərəf qalırdı. Çünki bunun nəticəsində DTK-nın elmi-texniki kəşfiyyatının əldə etdiyi bütün materiallara Kremlin inamı sarsılacaqdı.
...Sovetlər Birliyinin əldə etdiyi proqram Moskvaya çatdırılandan sonra DTK “bayram” etdi. Zarafat deyildi: Qərbin ciddi-cəhdlə qoruduğu kompüter proqramlardan biri Moskvanın əlinə keçmişdi.
...1989-cu ilin iyununda Başqırdıstandakı qaz boru kəmərində çox güclü partlayış baş verdi. Partlayış anında boru kəmərinin yaxınlığındakı dəmiryol xətlərindən iki sərnişin qatarı keçdiyindən fəlakətdə 400 nəfər həlak oldu.
ABŞ və Fransa kəşfiyyatlarının birgə əməliyyatı olaraq “Faravell dosyesi”nə əsaslanan qüsurlu kompüter proqramının təhlükəli olmadığını deyən amerikalılar onun yalnız Sovetlər Birliyinin təbii qazını Avropaya nəql edən boru kəmərləri üçün nəzərdə tutulduğunu iddia edirdilər.
Qüdrətli dövlət kimi birinci yerdə ABŞ, ikinci yerdə Çin Xalq Respulikası və üçüncü yerdə Rusiya Fedarasiyasıdır. ABŞ müxtəlif yollarla son iki dövləti çökdürməyə çalışır.Uzaq şərqdə Yaponiya və Çin, cənubda Türkiyə, qərbdə Avropa hər tərəfli iqtisadi əlaqələr qurmaq üçün gözlərini yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Rusiyaya tikmişlər. Rusiyanın ərazisinin Ural dağlarına qədər olan qərb ərazisindən istifadə olunur. Rusiya Fedarasiyasının ərazisini (17075 min kv.km., əhalisi 143 mily. nəfər) Cənubi Amerika ərazisi ilə (17829 min kv.km., əhalisi 263 mily. nəfər) müqayisə etmək olar. Yəni dünyada ən iri dövlət kimi böyük həcmli bir materikdir. Ətrafındakı ölkələrlə iqtisadi əlaqələr qurmadan nə özünün, nə ətrafının sürətli inkişafı mümkün deyil.
Hal-hazırda Rusiya Fedarasiyasını keçmiş DTK -nın kadrı idarə edir. Ətrafı ilə dil tapmaq əvəzinə zorakılığa əl atıb: ”Mən SSRİ-ni bərpa edəcəyəm...”. ABŞ da kənarda dayanıb Ukraynanın ərazilərinin işğalı ilə əlaqədar olaraq Avropa ölkələrini Rusiya ilə savaşa məçbur edir. Müharibə yaxşı şeydirsə qoy Rusiya Kremldə, ABŞ-da Pentaqonda aparsın.
Avropa ölkələri enerji dayıcılarının yoxluğundan boğulursa, Rusiya bolluğundan partlamaq dərəcəsindədir. Hələ keçən əsrin ortalarından müharibənin dəhşətlərini unutmayan Almaniya Fedarativ Rspublikası Rusiya ilə üz-üzə dayanmaq istəmir. Enerji daşıyıcılarının bolluğuna söykənib Avropanın dizini yerə gətirmək mümkündürmü?
İnsanlar dövlət başçılarını çörək ağacı kimi görmək istədikləri halda, ABŞ və Rusiya müharibə allahları kimi özlərini tanıdırlar. Obama və Putin anlamalıdırlar ki, dünya tarixində çörək açan qapını heç bir top-tüfənk aça bilməyib.
Məlumat alınır ki, Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənməsi, boru kəmərlərinin tikintisi ilə birlikdə bu layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində olacaq”.
Həyata keçirilməsi mümkün olan ”Transadriatik Qaz Kəməri (TAP), “Türk axını” lyihəsi Trans-Anadolu Qaz Kəmərinə (TANAP) rəqib yox, qardaş ola bilər”. RF da həmin layihəyə qoşulmağa çalışır. Kim, nə və necə qarant ola bilər ki, 1989-cu ildə SSRİ-dən Avropaya çəkilən qaz boru kəmərlərinin partdılmasını həyata keçirib 400 nəfər insan ölümünə bais və bu gün Rusiya ilə müharibə vəziyyətində olan ABŞ yenidən Rusiyanı boğmaq üçün TAP və TANAP-da həmin əməlini təkrarlamayacaq.
Hazırkı dönəmdə bünəlxalq vəziyyəti və münasibətləri dərindən araşdırıb nəticə çıxaran Azərbaycan Respublikasının Prezidenti bu ağır gündə vəziyyətdən çıxmaq və müstəqilliyimizin təhlükəsizliyi üçün Rusiya və Qərblə ehtiyatlı siyasət yeridir.
Fevral ayının 6-sında 51-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “ dəyirimi masa”sı keçirilib. Həmin Konfransda Respublikamızın Prezidenti belə deyib: ”Çox sağ olun. Əvvəlcə səfir V.F.İşingerə dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Münhendə yenidən olmaq məndə məmunluq hissi doğurur. Burada belə bir müzakirənin təşkil olunmasına görə Sizə təşəkkür etmək istəyirəm. Çünki enerji təhlükəsizlyi məsələsini milli təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz”.
Prezidentin “milli təhlükəsizlik məsələsi” nə bir vətəndaş olaraq öz münasibətimi bildirmək istəyirəm. Heç bir şübhə yeri yodur ki,TAP və TANAP qaz boru kəmərləri yaxın illərdə işə düşəcək və Azərbaycanın neftdən asılılığı əsaslı surərdə azalacaqdır. Bundan sonra Respublikanın büdcəsi daha varlı-zəngin olacaq. Bununla əlaqədar olaraq üç amili nəzərə almaq lazımdır:
1.Müdafiə Nazirliyinin hərbi güc və qdrətini daha da artırmaq;
2. Müdafiə Nazirliyinin gözləri ola biləcək kosmik elmi və onun texnologiyasını inkişaf etdirmək üçün kadrların hazırlanması, ərsəyə gətirilməsi;
3.İnsanların maddi rifahının yaxşılaşdırılması.
Bax bundan sonra Prezidentin dediyi kimi “Biz İrəvanda da yaşayacağıq”.
Fevral 2015-ci il