Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Novruz və Rauf Əhmədov cütlüyü müxalifəti hansı pullarla maliyyələşdirir?

 

"İnşaatçılar” metrostansiyasının keçidində satılan 130 mağazanın pulunu niyə qaytarmırlar?

"Xeberinfo.com":  Məlumata görə, radikal müxalifət partiyalarının rəhbərliyi öz maliyyə mənbələri barədə adətən ictimaiyyətə məlumatlar verməkdən çəkinirlər.

Çünki bu mənbələr ya xarici ölkələrdən göndərilən pullar hesabına olur, ya da vaxtilə hakimiyyətdə olarkən böyük pullar qazandırdıqları gizli biznesmenlər tərəfindən edilir.Redaksiyamıza daxil olan məlumata görə, müxalifəti maliyyələşdirən belə bir mənbələrdən biri də vaxtilə Yasamal rayonunda fəaliyyət göstərən "Səbət” marketinin yerində tikilən 30-dan çox mağazanın Novruz adlı sahibidir. Məlumatda bildirilir ki, həmin mağazalar satıcılara ayı 1500 manata kirayəyə verilir. Və yığılan pullardan çox qismi dediyimiz radikal müxalifətin maliyyələşdirilməsinə yönəldilir. Bildirilir ki, həmin müxalifət partiyanın rəhbərliyi Novruz adlı iş adamına partiyasına ayırdığı pulun müqabilində qarşıdan gələn parlament seçkilərində namizəd kimi irəli sürəcəklərini vəd ediblər. Qeyd edək ki, Novruz "Metropoliten”nin keçmiş şefi Tağı Əhmədovun oğlu Rauf Əhmədovla yaxın dostdurlar və birgə biznesləri var. Novruz adlı iş adamı məhz Rauf Əhmədovun köməyilə metro stansiyalarının keçidlərində quraşdırılan mağazaların satışı ilə məşğul olub. Bizə verilən məlumatda o da qeyd edilir ki, həmin yeraltı keçidlərdə hər bir mağaza vətəndaşlara 15 min manata satılıb. Tək "İnşaatçılar” metrostansiyasında vətəndaşlara 130 belə mağaza satılıb. Lakin sonradan "Metropoliten”in rəhbərliyi dəyişəndən sonra bu mağazalar söküldü. Vətəndaşların verdiyi 15 min manat isə hələ də sahiblərinə qaytarılmayıb. Mənbə qeyd edir ki, Novruz və Rauf  Əhmədov cütlüyü "İnşaatçılar” metrostansiyasında satdıqları 130 mağazadan yalnız 30-nun pulunu qaytarıblar. Digər 100 nəfər indiyə qədər pullarını ala bilmirlər. Bu barədə növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

P.S. 1.Rauf Əhmədov "Lexsus” markalı maşını kim üçün aldı?

2. Arif Hacılının kirvəsi kimdir?

(gündəlik bakı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam