Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“AtaSığorta” müştərini necə aldadır? - İDDİA

“AtaSığorta” müştərini necə aldadır?
İqtisadçı-ekspert Razi Abbasbəyli “AtaSığorta” ASC tərəfindən aldadılıb.

Yenixeber.org:   Bu barədə ekspert özünün “Facebook” səhifəsində yazıb.

Məsələni ictimailəşdirən ekspert digər avtomobil sürücülərini diqqətli olmağa çağırıb:

“1 il öncə nəqliyyat vasitəsini sığorta etdirmişdim. Bu günlərdə icbari sığortanın müddəti bitir. “AtaSığorta”-dan da durmadan zənglər gəlir, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını soruşurlar və sual verirlər İsmayılov Telman sizsiniz? Hamısı da eyni qaydada bu adamı soruşur. Cavab verirəm ki, yox mən deyiləm və tanımıram. Sığortaçılar bildirir ki, sistemdə sizin avtomobiliniz İsmayılov Telmanın adına sığorta olunub.

Kiçik bir araşdırma apardım və bəlli oldu ki, ötən il mənim avtomobilimi sığorta edən xanım sığortaçı əslində məni aldadıb. Çox sadə... Xanım zəng edir və təklif edir ki, avtomobilinizi sığorta edək. Razılaşıram gəlir iş yerimə... Sənədlər və ödəniş edirəm. Qısa zamanda sığortamın qüvvəyə minməsinə dair telefonuma mesaj gəlir. Maliyyə Nazirliyindən də yoxlayıram hər şey qaydasındadır, rəsmən icbari sığortam qüvvəyə minib.

Amma 1 ilin sonu yaxınlaşanda bəlli olur ki, sığortam başqasının adına yazılıb. Deməli həmin xanım sığortanı endirimi olan bir nəfərin adına yazır. Məndən 100 manat və qayıdır ofisinə, gedir bir nəfər çoxlu icbari sığorta etdirmiş şəxsin adına 70 manat ödəməklə mənim avtomobilimi sığortalayır. 30 manatı da qoyur cibinə... Beləliklə ayda 50-100 avtomobili sığortalayaraq hər nəqliyyat vasitəsindən ortalama 30 manat olmaqla vəsait qazanılır. Yazdım ki, biləsiniz və heç bir sığorta agentinə nağd qaydada ödəniş etməyin. Kodu alın və ödəmə terminallarında sığorta şirkətini seçin. Ad və soyadınız çıxanda ödənişi edin. Hələ ki, icbari sığortamın qüvvədən düşməsinə 20 gün qalıb”. (Cebhe.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam