Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səlim Müslümovla Füzuli Ələkbərovun federasiya savaşı

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sələfinin bütün mirasını ələ keçirməkdə iddialıdır

Bir çox nazirlər kimi federasiya rəhbəri olmaq niyyətində olan nazir bu məqsədlə xələfinə qarşı kampaniya aparır.
"Xeberinfo.com":  Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən azad edilsə də, Azərbaycan Cüdo Federasiyasının prezidenti postunu hələ də qoruyub saxlamaqdadır. Bu vəziyyət isə Füzuli Ələkbərovun portfelinə və kürsüsünə sahib çıxan Səlim Müslümovu qıcıqlandırır. Belə ki, nazirin öz sələfini Cüdo Federasiyasının prezidenti postundan uzaqlaşdırmaq üçün bütün imkanlarını səfərbər etməsi haqqında məlumatlar dolaşmaqdadır.
Piasport.az-ın əldə etdiyi məlumata görə, bir çox nazirlər kimi federasiya rəhbəri olmaq niyyətində olan nazir bu məqsədlə xələfinə qarşı kampaniya aparır. 
Mənbənin sözlərinə görə, Füzuli Ələkbərovun və Cüdo Federasiyasının bəzi mətbuat orqanları tərəfindən tez-tez hədəfə alınmasının səbəbi heç də idmançılarımızın uğursuz çıxışı deyil. Bu kampaniyalar məhz Səlim Müslümovun istəyi ilə aparılır və qaralama kampaniyasında əsas məqsəd Füzuli Ələkbərovu hakimiyyətin üs qanadında uğursuz adam kimi göstərmək məqsədi daşıyır. Bir müddət əvvəl Cüdo Federasiyasındakı maaş qalmaqalı ilə bağlı çıxan xəbərlər də bu kampianiyaların tərkib hissəsi olduğu bildirilir. (Piasport.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam