Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xanlar Fətiyevin Berlinin mərkəzindəki milyonluq restoranı -İLGİNC

Azərbaycanlı deputatın Berlinin mərkəzindəki milyonluq restoranı
Azərbaycan Milli Məclisinin üzvü, 39 saylı Kəpəz birinci seçki dairəsindən deputat seçilmiş Xanlar Fətiyevin Almaniyada milyonluq restoranının olduğu iddia edilir.

Yenixeber.org: Bu barədə saytımıza məlumat verən mənbə bildirir ki, Almaniyanın paytaxtı Berlinin ən mərkəzi küçələrindən (Bakının "Tarqovı” küçəsi kimi) olan Kudam küçəsində (Kurfürstendamm 151 ünvanında) Xanlar Fətiyevə məxsus bahalı restoran yerləşir.

Azərbaycanlı deputatın Berlinin mərkəzindəki milyonluq restoranı

Mənbə iddia edir ki, "Brasil Brasileiro” adlı restoran azərbaycanlı deputat Xanlar Fətiyevə məxsusdur. Onun sözlərinə görə, yerləşdiyi yer və məkanın lüks şəraitini nəzərə aldıqda, buranın qiymətinin bir neçə milyon manat olduğunu rahatlıqla iddia etmək mümkündür.

Məsələ ilə bağlı münasibətini öyrənmək istədiyimiz deputat Xanlar Fətiyev Bakupost.az-a açıqlamasında deyib ki, adıçəkilən restoranı tanıyır və orada olub: "Mən dünyanın müxtəlif ölkələrində, müxtəlif restoranlarda olmuşam. "Brasil Brasileiro” restoranında da olmuşam. Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.(BakuBost.az)
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Azərbaycanlı deputatın Berlinin mərkəzindəki milyonluq restoranı
Azərbaycanlı deputatın Berlinin mərkəzindəki milyonluq restoranı
Azərbaycanlı deputatın Berlinin mərkəzindəki milyonluq restoranı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam