Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Azərbaycan hüquq-mühafizə orqanları general Akın Öztürkü istintaqa cəlb etdi-15 iyul çevriliş planının lideri dindirildi

 

Türkiyədə 2017-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin ardınca Ankaranın istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanları da Fətullah Gülənin təriqətinə (FETÖ) qarşı təhqiqat başladıb.

Yenixeber.org: Bu təhqiqat çərçivəsində 15 iyul hərbçi çevriliş planının lideri hesab edilən ordu generalı, Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də dindirilib.

“Yeni Şafak” qəzetinin yazdığına görə Azərbaycanın prokurorluq orqanları iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıq əsasında Türkiyənin Ədliyyə Nazirliyinə general Akın Öztürkə yönəldilməli olan 10 sual göndərib. Həmin suallar Akın Öztürkün Azərbaycandakı əlaqələri barədə olub.

Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət prokurorluğuna göndərib. Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanasından jandarmanın müşaiyəti ilə Ankara Ədliyyəsinə aparıb.

Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə məqamlarının göndərdiyi sualları Öztürkə yönəldib. Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.

Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ təhqiqatı ilə bağlı bu təriqətin gizli strukturları, maliyyə və təhsil sahəsindəki fəaliyyətləri, gizli xəbərləşmə metodları barədə də məlumatları Türkiyə tərəfindən istəyib.

 Bu sorğu əsasənda Türkiyənin Ədliyyə Nazirliyi Ankara Cümhuriyyət prokurorluğuna yazılı məktub göndərərək tapşırıb ki, FETÖ-nün Türkiyədəki fəaliyyətləri və strukturu barədə əhatəli dosye hazırlansın, Ədliyyə Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə göndərilsin.

Xatırladaq ki, Ankara Cümhuriyyət prokurorluğunun hazırladığı ittiham aktına əsasən general Akın Öztürk hərbi çevriliş cəhdi ərəfəsində bəzi xarici ölkələrlə telefon danışıqları aparıb, o cümlədən Azərbaycanda istifadə olunan 99451660.... mobil nömrəsi ilə 2 dəfə əlaqə saxlayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam