Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputatımız gürcülərin canını boğaza yığıb - Gürcüstanda yoxlamalar başlandı,Əsabil Qasımovun əməlləri araşdırılır

 Uzun müddətdir, ölkənin un bazarını inhisarında saxlayan sabiq deputat, “Karat Holdinq”in sahibi Əsabil Qasımov qonşu Gürcüstanı da bezdirib.

Yenixeber.org: Azərbaycanla yanaşı, Gürcüstanın un bazarını da tam nəzarətə götürməyə cəhd edən Əsabil Qasımovun bu niyyətinin qarşısına sipər çəkilir.

Azərbaycanın ən çox tənqid olunan iş adamlarından biri, toxunulmazlıq əldə etmək məqsədilə vaxtilə deputat mandatına da sahiblənən “Karat Holdinq”in sahibi Əsabil Qasımovun adı və fəaliyyəti ətrafında qalmaqallar səngimir.

Ölkənin un bazarını tam inhisara götürən, bu həyati qida məhsulunun qiymətini kefinə və qazanc hərisliyinə uyğun qaydada “tənzimləyən” Qasımov yolverilməz əməllərinə görə daim medianın kəskin tənqid hədəfində olub.

Ancaq bu tənqidlərdən nəticə çıxarmaq, işində qanunları və mənəvi keyfiyyətləri əsas götürmək haqda düşünməyən sabiq deputat fəaliyyət coğrafiyasını genişləndirməklə, dəyərlərə münasibətini bir daha ortaya qoydu.

Konkret desək, Azərbaycan vətəndaşlarını – soydaşlarını çətin günlərdə çörəklə imtahana çəkən Qasımov qonşu Gürcüstan əhalisinə də eyni “xoşbəxtliyi” yaşatmaq fikrinə düşdü. Nəinki düşdü, hətta müəyyən yollara əl ataraq, bu məqsədinə nail olmağı da bacardı.

Nəticədə Gürcüstanın maddi imkanlarıın aşağı olmasını fürsət bilən keçmiş deputat qonşu ölkənin un bazarını, o cümlədən istehsal müəssisələrini ard-arda özününküləşdirdi. Təbii ki, Qasımovun Gürcüstanda təkrarladığı “priyom”lar yerli əhalini qəzəbləndirdi və onun monopolist fəaliyyəti əleyhinə ictimai etiraz dalğası başladı.

Hətta iş o yerə çatdı ki,Gürcüstanın Taxılçılar Assosiasiyası “Karat Holdinq”in bazarı tam nəzarətə götürməsinə etiraz olaraq, kökumətə etirazını bildirdi və bu prosesin qarşısının alınmasını tələb etdi.

Assosiasiyanın hələ bir neçə il əvvəl yaydığı bəyanatda “Karat Holdinq”in Gürcüstanın un və taxıl bazarının 60 faizinə sahibləndiyi bildirilirdi. Lakin “Karat Holdinq” rəsmilərinin bu rəqəmin “şişirdildiyini”, onların bazardakı payının cəmi 40 faiz olduğunu etiraf etmələri də etirazları səngitmədi.

Ancaq Qasımovun Gürcüstandakı fəaliyyəti sadəcə, inhisarçılıqla məhdudlaşmayıb. Onun qonşu ölkədə istehsal olunan un məhsullarını işğalçı Ermənistana da ixrac etdiyinə dair məlumatlar dolaşır. Qasımovun bu mövzuda israrla susması bu iddiaların doğruluğuna yönəlik qənaətləri daha da qüvvətləndirir. Hər halda, bu, Azərbaycanın təhlükəsizlik orqanlarının araşdırma predmeti olacaq qədər ciddi məsələdir.

Gürcüstandan daxil olan son məlumatlar onu göstərir ki, qonşu dövlətin hökuməti artıq Qasımovun “əl-ayağının yığışdırılması” üçün hərəkətə keçib. İnformasiyalara görə, Gürcüstan hökuməti Qasımovun şirkətinin vergi öhdəliyinə necə əməl etdiyini və fəaliyyətində monopoliya ittihamlarına əsas verən səbəblərin olub-olmadığını müəyyənləşdirmək üçün ciddi araşdırmalara başlayıb.

Bu isə o deməkdir ki, Qasımov barəsində aparılan araşdırmaya qanunsuz yollarla müdaxilə edə bilməsə, onun Gürcüstan macərasının rüsvayçı sonluqla bitəcəyi şübhə doğurmur.(yeniçağ.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam