Səlim Müslümov yola salındıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsait yoxa çıxdığı aydın olub
Yenixeber.org: Daxil olan məlumatda söhbətin bir neçə milyard manata qədər vəsaitdən getdiyi deyilir. Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard, hətta daha böyük məbləğdir.
İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb və hətta vəsaitin hara xərcləndiyi, necə mənimsənildiyi ilə bağlı araşdırmalar başlayıb. Bu ciddi fakla bağlı artıq Dövlət Təhlükəsizlik Xidmətinin də işə qarışdığı, Səlim Müslümov və yaxın ətrafının dindirildiyi bildirilir.
İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəblərindən biri də məhz bu məsələdir.
Səlim Müslümovun əlillər üçün tikilən mənzilləri başqa şəxslərə və saxta əlillərə satması ilə bağlı da ilginc məlumatlar var. Saytımızıa daxil olan məlumata görə, 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün 2 ədəd 1 girişli 15 mərtəbəli yaşayış binası tikilib. Tikintini tenderdə keçmiş nazirin örtaqlığı olan “Amal 2015”MMC udub.Həmin şirkət isə keçmiş nazirin yaxın qohumları və dostlarına aiddir. Şirkətdə qeyri- rəsmi ortaqlığa malik olan Səlim Müslümov əslində şirkətin sahibidir.Tikintinin aparılmasında “Amal 2015”MMC ilə yanaşı icraçı şirkət kimi “Konstruktor” MMC şirkətinin də adı hallanır. Bu şirkətlə bağlı isə ciddi faktlara rast gəlinmir. Səlim Müslümov və adamlarının törəmə şirkətlər yaradaraq dövlət büdcəsindən ayrılan milyonlarla vəsaiti mənimsədiyi az deyimiş kimi dövlət hesabına, əlillər üçün tikilən bu mənzillər sonradan kənar şəxslərə satılaraq Səlim Müslümövun hesabına milyonlar axıdılıb.
Analoji hall bundan əvvəl də baş vermişdi. 2015 dekabr ayında prezidentin gözdən əlilərə təqdim etdiyi mənzil orderləri ilə bağlı fırıldaqların olduğu sonradan ortaya çıxmışdı. ƏSSM tərəfindən gözdən əlilər üçün tikilən mənzillər pul ilə satılmışdı. Bir necə şəxsə 2-3 dəfə mənzil verilməsi qarşılığında 15-35.000 manat arası rüşvət alındığı sübuta yetirilmişdi.
Əvvələr mənzil bölgülərinə İcra hakimiyyəti nəzarət edirdisə, sonradan nazir Səlim Müslümovun icra orqanlarında kütləvi şəkildə rüşvətə qarşı tədbir adı ilə mənzilərin paylanılmasını və nəzarət edilməsini öz yaxın adamlarına tapşırılmışdı. Öz adamlarının isə nəzarəti zamanı görsənən mənzərə heçdə əvvəlkindən fərqli olmamışdı. Əvvəlki rüşvət alma prossedürlərindən də artıq şeylər baş vermişdi. Əvvəl bir adamdan bir dəfə rüşvət alıb mənzil verirdilərsə bunun əksi baş vermişdi. 1992 ildən növbə gözləyən əlillər evlə təmin edilməmiş. Amma 2-3 hətta 4 mənzillə sahib olan bəzi ailələrə və saxta əlillərə rüşvət müqabilində bir neçə ev verilmişdi.
Qeyd edək ki, DSMF sistemində mənimsəmə, maliyyə qanunsuzluqları faktları Hesablama Palatası və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman üzə çıxarılıb. Hesablama Palatasının açıqladığı məlumatlardan aydın olur ki, Fondun müxtəlif şöbələrində məcburi dövlət sosial sığorta haqları üzrə proqnozların tam icra edilməməsi, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılmasının düzgün həyata keçirilməməsi, əsas fəaliyyət növünün düzgün uçota alınmaması, fiziki şəxslərlə hesablaşmaların düzgün aparılmaması səbəbindən məcburi dövlət sosial sığorta haqlarının az hesablanması faktları qeydə alınıb. Bundan əlavə, aşkarlanan faktlar arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sosial sığorta nömrələrinin verilməməsi və ya verilmiş sosial sığorta nömrələrinin fərdi uçot bazasına işlənilməməsi səbəbindən yığım hesabına toplanmış vəsaitin müvafiq hesabatlara daxil edilməməsi, şöbələr tərəfindən əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanılması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmaması, işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin faktiki sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və fiziki şəxslərin işçlərinə artıq pensiya ödənilməsi kimi hallar var.
Ötən illərdə həmçinin Fondun Goranboy və Laçın şöbələrindəki irihəcmli korrupsiya və mənimsəmə faktları üzrə cinayət işi qaldırlıb. S.Müslümovun sədr olduğu dövrdə aparılan araşdırmalar göstərib ki, DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə mövcud olmayan şəxslərə dair ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə əsas verən sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənilib. Təxminən eyni faktlar Laçın rayon şöbəsində də aşkarlanmışdı.
Bundan əlavə, son aylarda mətbuatda Sosial Müdafiə Fondunun bir neçə şöbəsində Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalar aparıldığına dair məlumatlar yer alıb. Belə şöbələrdən biri kimi Suraxanı rayon şöbəsinin adı çəkilib, yoxlamaların şöbənin sabiq əməkdaşlarının şikayəti əsasında başladıldığı, daha sonra məsələnin böyüyərək Fond və nazirlik rəhbərliyinə qədər uzandığı qeyd olunub.
Baş verən bu rüşvət pramidasının başında dayanan Səlim Müslümov nazir olduğu dövrdə qeyri-qanuni olaraq milyardlarla sərvətə sahib olub. Ayrı-ayrı ərazilərdə çoxlu sayda dəyəri milyonlarla ölçülən bahalı villalar tiktirib. İddialara görə, o, xarici dövlətlərdə də bahalı mülklərə sahibdir və bank hesabları var.
Araşdırmamız davam edir.
Yaxın vaxtlarda Səlim Müslümova məxsus olan şirkətlər və şirkəti idarə edən qudalar,qardaşlar, dostlarla, habelə keçmiş nazirin gizli qalan mülkləri və "AMAL 2015" lahiyyəsinin əlillərə niyə verilmədiyi ilə bağlı açıqlamalarımız olacaq.
Bizi izləyin. Cianews.info
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.