Ağrıları azaldan, iştahı küsdürənTƏBİİ DAŞLAR - Faydaları
Bilirdinizmi ki, təbii şəfa qaynağı olan daşlar bədənimizdə olan ağrıları aparmaqda köməkçidir? Bəzən dözülməz olan bu ağrıları istər psixoloji, istərsə də təbii daşların köməyi ilə azalda bilərsiniz
Yenixeber.org:
AMETİST DAŞI
Ametist daşının yaydığı enerji həqiqətən də sinir sisteminə təsir edərək yorğunluğu aparır və stresi azaldır. Bu daş həyatımızı zəhərləyən miqrenə yaxşı təris edir. Bundan başqa, baş ağrılarının aparılması üçün faydalıdır. Bu daşdan özünüz üçün bəzək əyşaları düzəldə bilərsiniz.
QRANAT DAŞI (Lal daşı)
Ümumiyyətlə, qırmızı rəngdə olurlar. Qranat daşı beldəki ağrıları azaldaraq günrahlıq verən bir təsir yaradır. Bədəni qüvvətləndirir, canlandırır. Dinclik hissi verir. Bu daşın sayəsində görəcəyimiz işlərin miqdarı artar.
AY DAŞI
Ayaq və bel ağrılarına yaxşı təsir edən ay daşının digər bir faydası əzələləri rahatlatmasıdır. Həmçinin iştahı küsdürən özəlliyi sayəsində kökəlmənin qarşısını alır. Ona görə də ay daşının faydalı xüsusiyyətləri çox istiqamətlidir və şəfa gücü yüksəkdir.
KƏHRƏBA DAŞI (Amber daşı)
Bütünlükdə ağrını apara bilmək qabiliyyətinə sahib şəhalı daşlardandır. Bel və kürək, diz ağrılarına yaxşı təsir edərək gümrahlıq hissi yaradır. Bədəndəki elektrik yükünü azaltdığı üçün stresi yox edir.
AZURİT DAŞI
Tiroidi tarazlaşdıran və immun sistemini gücləndirdiyi iddia edilən azurit daşı eyni zamanda gözlə bağlı bütün narahatlıqlara, yumurtalıq və aybaşı sancılarına, qaraciyər problemlərinə müsbət təsir edir. Əsəbi olduğu üçün çox danışan insanı sakitləşdirir və ya özünü ifadə etməkdə çətinlik çəkən birisinə cəsarət verir.
MALAHİT DAŞI
Onurğadakı yırtığa və astma xəstəliyinə qarşı təsirli olan malahit daşı qan dövranını tarazlaşdırır, təzyiqi aşağı salır və sakitləşdirici təsiri ilə rahat yatmağa yardımçı olur.
Firuzə Alimova / A24.az