Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Puçdemon Belçika polisinə təslim olub-YENİLƏNİB

Hazırda Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Belçika polisinə təslim olub.

Yenixeber.org: Məlumata görə, bu barədə Belçikanın VRT telekanalı prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.


Hazırda Brüsseldə olan Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və regional hökumətin dörd sabiq üzvü yaxın saatlarda saxlanacaq.

APA-nın məlumatına görə, bu barədə “Europa Press” agentliyi Belçika Prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.

K. Puçdemon və regional hökumətin dörd sabiq üzvü hakim qarşısına çıxarılacaq.

Bundan öncə dünən Belçika hakimiyyəti K. Puçdemon və onun tərəfdarlarının həbsi barədə İspaniya hökumətindən alınmış orderin araşdırıldığını təsdiqləyib. K. Puçdemonun vəkilləri müdafiə etdikləri şəxsin İspaniyaya verilməməsi üçün şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

İspaniya Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri K. Puçdemonun həbsinə Avropa orderi verib. Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra Belçika polisi K.Puçdemonu həbs etməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam