Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Hansı növ dırnaq hansı xəstəliyin göstəricisidir?- FOTOLAR

Hansı növ dırnaq hansı xəstəliyin göstəricisidir?

 

 

Dırnaqlarınız sağlamlığınızla bağlı xəbərdaredici xüsusiyyətə malik ola bilər

 

Yenixeber.org: Dırnaqların vəziyyətinə əsasən hər hansı xəstəliyinizin olub-olmamasını təyin etmək olar.

Solğun dırnaqlar

Sağlam dırnaq əsasən çəhrayı, dibinə doğru isə ağımtıl çəhrayı rəngdə olmalıdır. Əgər dırnaqlarınız solğun və ya digər rəngdədirsə, bu, sağlamlığınızla bağlı xəbərdaredici işarə ola bilər.

Yaşıl rəng bakterial infeksiya göstəricisidir.

Qırmızı xətlər ürəklə bağlı problemləri, maviyə çalan dırnaqlar qanda aşağı oksigen səviyyəsini, ağ rəng qaraciyər problemini və tünd rəngdə xətlər isə ürək xəstəlikləri və yaşlanmağı işarə edir.

Qalın dırnaqlar

Çox qalın dırnaqlar təbii deyil. Normaldan daha qalın dırnaqlar ağciyər problemi, göbələk infeksiyası, qalxanvari vəzi və qan dövranı sistemi xəstəliklərinə dair xəbərdar edir.

Çatlaq dırnaqlar

Çatlaq dırnaqlar əsasən təbəqə şəklində tökülən dırnaqlardır. Dırnaqlarınız tez-tez çatlayırsa, bu, fol turşusu və C vitamini çatışmazlığından xəbər verə bilər. Həmçinin xroniki pis qidalanma xəbərçisi də ola bilər.

 

Qaşıdırnaq

Bu dırnaqlar daxili narahatlıqlardan asılı olaraq çökük şəklində qıvrılır və qaşığa bənzər forma alır. Əsasən dəmir çatışmazlığı, hemoxromatoz, ürək problemləri vəqalxanvari vəzi xəstəliklərinin göstəricisi ola bilər.

Çöküntülü dırnaqlar

Dırnaqlarınızda görülən kiçik çöküntülər və ya nöqtəvari dəliklər dırnaqlarınıza yaxşı baxmadığınızın göstəricisi ola bilər. Lakin sədəf, sink çatışmazlığı və ya bəzi avtoimmun xəstəliklərdən xəbər verə bilər.

Dalğalı dırnaqlar

Dırnaqlar mahiyyət etibarilə hamar səthlərdir. Əgər nəzərəçarpan dalğalanmalardan söhbət gedirsə, deməli, dəmir çatışmazlığı, artrit və ya lupus xəstəliyi əlaməti ola bilər.

Quru, qırılan dırnaqlar

Dırnaqlarınız tez-tez qırılırsa, hormon səviyyələrinizi yoxlatdırmanız tövsiyə olunur. Qalxanvari vəzi və ya göbələk xəstəliyindən söhbət gedə bilər.

Yumru dırnaqlar

Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə, bu, ağciyər xəstəlikləri, iltihabi bağırsaq xəstəlikləri və ya qaraciyər problemlərinin göstəricisi ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam