Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qatil dayənin məhkəməsi başlanıbFOTO

Qatil dayənin məhkəməsi başlanıb

 

6 yaşlı Lusiya və 2 yaşlı Leo Krimləri amansızlıqla qətlə yetirmiş dayə Yoselin Orteqanın məhkəmə prosesi başlanıb

Yenixeber.org: Məşum qətl 2012-ci ilin oktyabrında, ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində, Yuxarı İst-sayd səmtində tördəilmişdi.

Dayəlik etdiyi uşaqları öldürəndən sonra Yoselin Orteqa boğazını kəsmişdi.

Evə qayıdan Merilin Krim övladlarının cəsədlərini görəndə polis çağırmışdı.

Hadisə yerinə gəlmiş polislər Orteqanı dəhlizlə vanna otağının arasında, döşəmədə, qan içində tapmışdılar. Onun yanında qanlı bıçaq vardı.

Əslən Dominikan Respublikasından olan 55 yaşlı Yoselin Orteqa ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, özünü dəliliyə vurub.

Yoselin Orteqanın oğlu, 22 yaşlı Hesus Frias Manhetten Cinayət Məhkəməsində bildirib ki, anası iki uşağı "təsadüfən öldürüb".

Uşaqların atası, Kevin Krim isə belə yalançılıqdan dəhşətə gəldiyini söyləyib.

Yoselin Orteqanın vəkilinin dediyinə görə, Lüçiya, Leo və Nessi Krimlərə dayəlik etmiş müvəkkili cinayət günü ağır depressiyada olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam