Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Rusiya Qarabağa qoşunlarını yerləşdirə biləcəkmi?

 

Rahim Hacıyev: «Rusiyanın bu planının baş tutması asan məsələ deyil»

  "Xeberinfo.com": Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan müharibənin yenidən başlanması təhlükəsinin olmayacağını deyib. Bu haqda erməni mediasına istinadən “publika.az” məlumat yayıb: “Baxmayaraq ki, təmas xəttində gərginlik əvvəlki vaxtlarla müqayisədə daha yüksəkdir, amma biz bunu keçmişdə də görmüşük. Hesab edirəm ki, Soçi görüşündən sonra təmas xəttində gərginlik müəyyən qədər səngiyəcək”.

Şirxanyan düşünür ki, Rusiyanın hədəfi Qarabağa öz ordusunu yerləşdirməkdir: “Məqsəd Cənubi Qafqaza nəzarəti itirməməkdir. Bu, nəhəng oyundur və Rusiya hazırda 15-20 min əsgərini Qarabağda yerləşdirmək istəyir. Amma buna icazə verməliyikmi? Bu mümkün deyil”.

O,ÿiddia edib ki, cəbhədəki gərginlik ABŞ-ın sifarişidir: “Bu, Ermənistanın Gömrük Ittifaqına qoşulmamasına hesablanıb. Çünkiÿ vəziyyət qarışsa, Ermənistanın üzvlük məsələsi təxirə düşə bilər”.

R.Hacıyev əlavə edir ki, Rusiya Dağlıq Qarabağ probleminin guya, daha da dərinləşməsinin qarşısını almaq adı altında sülhpərvər kontingent yürütmək və faktiki olaraq Qarabağda - həm Azərbaycanın işğal olunmuş ərazilərində, həm də  bizim nəzarətimizdə olan ərazilərdə yerləşmək istəyir. Bu isə “münaqişənin daha da alovlanmasının qarşısını almaq” adı altında regiona hərbi qüvvələrini yeritmək və bundan sonra da regionu təsir altında saxlamaq cəhdindən başqa şey deyil:

“Rusiyanın bu niyyətinin baş tutması asan olmayacaq. Çünki Minsk qrupu mövcuddur və bu çərçivədə danışıqlar gedir. Rusiya əlbəttə ki, Ukraynada olduğu kimi, hansısa addımlar ata bilər. Amma dünya birliyi Rusiyaya sülhpərvər missiya adı altında regiona hərbi qüvvələr yeritməyə imkan verə bilməz. Çünki bu, problemin həllinin qarşısını alar və bundan sonra da regionun Rusiyanın nəzarəti altında qalmasına səbəb ola bilər. Bu, regionun Avropa Birliyinə, Avroatlantik məkana inteqrasiyasının tamamilə qarşısını ala bilər. Bu baxımdan, Rusiyanın şansı çox deyil. Son vaxtlar baş verən hadisələr göstərir ki, Rusiya öz səylərini davam etdirir. Ümid edirik, onun bu planı baş tutmayacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam