Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Göz rənginiz xasiyyətiniz haqda nə deyir?-XARAKTERİSTİKA

 

 

Aparılan araşdırmalara görə, göz rənginiz xarakterinizdəki bəlli xüsusiyyətləri daşıyır. Bəs göz rənginizin xarakteriniz haqqında nələr söylədiyi barədə maraqlanmısınızmı?

 

Yenixeber.org: Bununla bağlı məlumatları diqqətinizə çatdırır

 

Beş fərqli göz rəngi mövcuddur və hər biri fərqli bir xarakteristik özəlliyi təqdim edir.

Tünd qəhvəyi və qara gözlər

Liderlik özəlliyinə sahib olan insanların adətən bu göz rənginə sahib olduğu bildirilir. İş yerində, hər hansı bir şəraitdə, ya da əlaqənizdə bu özəlliyiniz ön plana çıxa bilər. Bununla bərabər, qəhvəyi, ya da qara göz rənginə sahib olan insanların diqqətini cəm etmə mövzusunda olduqca müvəffəqiyyətli olduqları sübut edilmişdir. Fikri cəm etmək lazım olan bütün işlərdə uğur qazandıqları da bir faktdır

Göy gözlər

Göy gözlü insanlar adətən azad ruhludurlar və inkişaf, yeniliyə, müasir bir yaşam tərzinə daha açıqdırlar. Mənəvi duyğuları yüksək olduğu üçün bu yönləri yaxşı və ya pis olaraq istifadə edilir, əsla orta dərəcədə bir duyğuya sahib olmazlar. Bunlarla bərabər, ağrı, xəstəlik və narahatlıqlara qarşı dayanıqlı olduqları müəyyənləşdirilmişdir.

Ala gözlər

Ala gözlü insanlar azadlıqlarına çox düşkündürlər və həyata qarşı çox balanslı davranışlar göstərirlər. Bununla yanaşı sirli cəhətləri sayəsində digər insanlar tərəfindən cazibədar və qeyri-adi olaraq dəyərləndirilirlər. Bundan başqa, bu gözlərə sahib insanların həzm sistemlərində problemlər olduğu müəyyən edilib.

Açıq qəhvəyi gözlər

Açıq qəhvəyi gözləri olanlar istiqanlı və hər şəraitə uyğunlaşan şəxslərdir. Onlarla dost olmaq belə, çox əyləncəlidir və hər kəslə asanca dostluq qura bilirlər. Bununla yanaşı mədəni, ağır insanlardır və bu günün işini əsla sabaha saxlamazlar.

Yaşıl gözlər

Yaşıl gözlü insanların cazibədar və şəhvətli olduğu müəyyənləşdirilib. Demək olar ki, hər insanı təsirləri altına almağı bacarırlar və seksual olaraq bilinirlər. Bununla yanaşı, yaradıcı, özünə güvənən və əsəbi şəxslər arasında yer alırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam