Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Azərbaycan Dəmir Yolları” QSC-də milyonlar necə silinib

 

 

    Hesablama Palatası auditorları “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıb. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb. 

 

“Xeberinfo.com”: Məlumata görə, bu barədə “Yeni Müsavat”a QSC-dəki mənbə xəbər verib. Mənbənin bildirdiyinə görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə silinir. Bu vəsaitlər hesabına QSC-nin tibb müəssisələrində guya “əsaslı təmir” aparılıb və müasir avadanlıqlar “alınıb”. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib. 

Məsələn, Hesablama Palatasının auditorları müəyyən edib ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə  - 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil. Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib. 

Hesablama Palatasının yoxlamaları 15 günə yaxındır davam edir və kifayət qədər şişirdilmiş qiymətlərlə aşkarlanıb. Sonda rəhbərlik vəziyyətdən çıxış yolu kimi Hesablama Palatasının auditorlarını “yola salmaq” üçün həkim və tibb işçilərindən pul yığımına göstəriş verib.  İşçilərdən 500 manatdan 3 min manatadək “təzminat” yığılır.

Mənbənin məlumatına görə, bu işlərin hamısı QSC-nin tibb xidmətinin sabiq rəisi Saday Zeynalovun dövründə qeydə alınıb. Bütün əməliyyatlar onun imzası ilə həyata keçirilib. Hazırda o, “Bakı Metropoliteni” QSC sədrinin sosial məsələlər üzrə müavinidir. Ancaq indi yeni rəhbərlik onun əməllərini ört-basdır etmək üçün işçilərdən xərac toplamağa üstünlük verib. 

Mənbə bildirir ki, məsələdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun da xəbəri var və o, auditorları sakitcə “yola salmaq” tapşırığını verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam