Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cavid Qurbanov kadr islahatına başladı

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Cavid Qurbanov ciddi kadr dəyişikliyinə hazırlaşır. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu haqda azvision.az saytı məlumat yayıb. QSC-dəki mənbə sayta bildirilib ki, Qurbanov qurumun bir neçə şöbə müdirinə, idarə rəislərinə işdən çıxarılmaları ilə bağlı ərizə yazdırıb. Ərizədə işdən çıxarılma vaxtı qeyd olunmayıb. Bildirilib ki, yaxın günlərdə ciddi dəyişikliklər olacaq. C.Qurbanov indiyədək fəaliyyətində nöqsanlara yol verən işçiləri qurumdan kənarlaşdıracaq. Yeni sədr kollektivə ciddi tapşırıqlar verərək nöqsana yol verən işçiləri cəzalandıracağını qeyd edib.

Mənbənin bildirdiyinə görə, artıq QSC-nin maliyyə şöbəsinin rəisinin işdən çıxarılması dəqiqləşib.  “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədo is deyib ki, sabah QSC-də kollegiya iclası keçiriləcək:  “O zaman hər şey məlum olacaq. Hələ ki, heç bir məlumat yoxdur. Sabah kollegiya iclasından sonra kimin işdə qalacağı, kimin çıxacağı məlum olacaq. İclas daxili olduğundan mətbuat üçün kollegiya iclasının nəticələri barədə ayrıca konfrans keçiriləcək”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam