Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir Cahangir Hacıyevi yenidən "vurdu"

beynel-bank“Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi gedir. Lakin proses olduqca mürəkkəbdir”.

Xeberinfo.com:   Bunu maliyyə naziri Samir Şərifov deyib.

“Sağlamlaşdırma proseduru dünya praktikasında qəbul olunmuş prosesdir. Bilirsiniz ki, Beynəlxalq Bankın toksik aktivləri “Aqrarkredit” qeyri-bank kredit təşkilatına ötürülür, bunun müqabilində “Aqrarkredit” banka ödəniş edir. Əfsuslar olsun ki, bankın sabiq rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində bank böyük həcmlərdə xaricdən borclanıb. Bir tərəfdən bankın xarici valyutada öhdəlikləri, digər tərəfdən isə “Aqrarkredit” aktivləri manatla alır. İstər-istəməz natarazlıq yaranır. Bu həcmdə manat kütləsinin bazara çıxması arzuolunmazdır, çünki manatın məzənnəsinə mənfi təsir edə bilər. Buna görə, bu proses makroiqtisadi vəziyyətlə uzlaşdırılır. Dövlət bankın sağlamlaşdırılmasını öz üzərinə götürüb və əsas məsələlərdən biri də əmanətçilərin maraqlarıdır. Söhbət ən iri bankdan gedir və onun problemlə üzləşməsi əmanətçilərə zərbə olar. Bundan başqa, adıçəkilən bankın problemlə üzləşməsi Azərbaycanın xarici nüfuzuna da xələl gətirə bilər. Sağlamlaşdırma prosesində dəyişmiş makroiqtisadi şərait nəzərə alınmalıdır. Mərkəzi Bank hal-hazırda məqsədyönlü monetar siyasət yürüdür. Biz də Mərkəzi Banka zəruri dəstək veririk. Ona görə, böyük həcmdə manat kütləsinin bazara çıxması yolverilməzdir. Sağlamlaşdırma prosesinin əsas məqsədlərindən biri də odur ki, biz bu bankı bir qədər kiçiltməliyik. Xarici öhdəliklər qaytarıldıqdan sonra bankın həm aktivləri, həm də passivləri ciddi şəkildə azalacaq”, – deyə nazir bildirib. (APA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam