Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qırğızıstanda Azərbaycan şirkətinin "udduğu" mübahisəli tender: nazir detalları açıqladı

Qırğızıstanda hökumətin elan etdiyi yol tikintisi tenderinə qatılan Azərbaycan şirkəti ikinci yeri tutduğu halda  əvvəl qalib elan edilib, ancaq daha sonra Asiya İnkişaf Bankı və Nəqliyyat Nazirliyi işə qarışıb, nəticəyə yenidən baxılıb.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, söhbət Asiya İnkişaf Bankının maliyyələşdirildiyi və ilkin olaraq 100 milyon dollar maliyyə nəzərdə tutulan Bişkek-Kara Balta avtomobil yolunun rekonstruksiyası layihəsindən gedir.

 

Azərbaycandan tenderə qatılan “AzVirt” şirkəti ikinci olub, lakin tender komissiyası tikintini daha az vəsaitə həyata keçirməyə hazır olan və birinci yeri tutan Çin şirkətini qalib elan etmək əvəzinə “AzVirt”ə üstünlük verib. Daha sonra hökumət və kreditor bank işə qarışıb və tenderin nəticələrinə yenidən baxılmaqdadır.

Qırğızıstanın nəqliyyat və yollar naziri Zamirbek Aydarov “Tazabek” agentliyinə verdiyi müsahibədə bu tenderlə bağlı mübahisəli məqamlardan danışıb. Nazir deyib ki, tender komissiyası artıq bir ilə yaxındır ki, yolun tikintisini həyata keçirəcək şirkəti seçə bilmir. “Komissiya Nəqliyyat və Yollar Nazirliyinin əmri ilə yaradılıb. Ancaq tender ləngiyib, çünki 36 podratçı şirkət ərizə vermişdi. Digər tərəfdən bu, beynəlxalq layihədir və donoru Asiya İnkişaf Bankıdır. Podratçı şirkətin seçilməsinin texniki tərəfi çox vaxt apardı. Həmin vaxt komissiyanın sədri nazirin keçmiş müavini Ulan Uezbayev idi, daha sonra o, işdən azad edildi. Yerinə avtomobil yolları idarəsinin rəisi Melis Alıpsatarov təyin edilib. Ancaq onun da bu cür beynəlxalq tenderlərin keçirilməsi üçün təcrübəsi yox idi və tapşırılan işin öhdəsindən gəlmədi. Nəticədə yerinə yeni adam-nəqliyyat nazirinin yeni müavini Erkin Osoyev təyin olundu”.

Nazirin bildirdiyinə görə, Osoyevin rəhbərliyi altında tender komissiyası şirkətlərin təkliflərini ingilis dilinə tərcümə edərək qiymətləndirmə üçün beynəlxalq konsaltinq şirkəti “Eptisa”ya təqdim edib. Və qiymətləndirmədən sonra tender komissiyası “Eptisa”nın rəyinə əsaslanaraq Asiya İnkişaf Bankına təklif edib ki, Azərbaycan şirkəti “AzVirt” LLC –ni seçsin. Bu şirkət yolun tikintisi üçün 82 milyon dollarlıq büdcə təklif edir.

“Lakin tenderdə ən aşağı büdcə təklif edən Çin şirkəti “ China Railway No.5 Engineering Group Co.”-dur, bu şirkət 70 milyon dollar təklif edib. Belə çıxır ki, tender komissiyası tikintini 12 milyon dollar baha həyata keçirməyə hazır olan şirkəti seçməyi təklif edir”-nazir deyib.

Zamirbek Aydarovun bildirdiyinə görə, tender komissiyası öz seçimini belə əsaslandırır ki, ən aşağı qiymət təklif edən Çin şirkətini seçmək risklidir, çünki bu halda yolun tikintisinin keyfiyyətsiz olması riski var. Lakin Asiya İnkişaf Bankı komissiyanın təklifini qəbul etməyib, bank təklif edir ki, ən aşağı qiymət təklif edən Çin şirkəti qalib elan edilsin. “Bu, həm banka, həm dövlətə sərfəlidir”-nazir deyib. Aydarovun sözlərinə görə, hazırda podratçının seçilməsi proseduru gedir və bu məsələ açıq qalır.

Aydarov bildirib ki, müstəqil mühəndis-konsaltinq şirkəti Bişkek-Kara Balta yolunun tikintisini 95 milyon dollar qiymətləndirib. Lakin bu qiymətləndirmə il yarım əvvəl aparılıb. Nəticədə həmin məbləğdə tender elan edilib. İndi isə bitum, dizel yanacağı, tikinti materialları ucuzlaşıb. Hazırda uzunluğu 52 kilometr olan yolun tikintisi təxminən 85 milyon dollar qiymətləndirilir. Ancaq tikintini 70 milyon dollara da başa gətirmək mümkündür.

Nazirin sözlərinə görə, tender komissiyası “AzVirt”ə üstünlük verərkən mövqeyini belə əsaslandırıb ki, Çin şirkəti dempinqə gedib, yəni qiyməti qəsdən aşağı salıb. “lakin Çin şirkətinin seçilməsi həm dövlətə, həm Asiya İnkişaf Bankına sərf edir”-Aydarov deyib. Nəqliyyat nazirinin bildirdiyinə görə, əgər tikinti 2017-ci ildə başlasa seçiləcək podratçı şirkət işləri iki ilə tamamlamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam