Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“KİV-in MTN generalının məhkəmə iclasına buraxılmaması qanunsuzdur”

muzeffer baxisMüzəffər Baxışov: “Təbii, əgər işə qapalı məhkəmə iclasında baxılması barədə məhkəmənin müvafiq qərarı yoxdursa…”

Xeberinfo.com:   Bu gün sabiq MTN generalı Akif Çovdarovun məhkəməsi üzrə hazırlıq iclası keçirilib. İclasa heç bir media əməkdaşı buraxılmayıb.
Maraqlıdır, bu kimi hallarda media əməkdaşlarının məhkəmə zalına buraxılmaması qanuni baxımdan nə dərəcədə doğrudur?
Tanınmış hüquqşünas Müzəffər Baxışov bunun qanunvericiliklə tənzimləndiyini, habelə məhkəmənin səlahiyyətində olan bir məsələ olduğunu vurğuladı:
“Mən işlə tanış deyiləm. Amma AR-nın CPM-nin tələblərinə görə, əgər cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması zərurəti varsa, o zaman məhkəmə prosesi qapalı keçirilə bilər. Konfindensiallığın qorunması isə şəxsi və ailə, eləcə də dövlət sirrinin, peşə və kommersiya sirrinin qorunması ilə bağlı ola bilər.
CPM-nin 200-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı dövlət sirrini təşkil edən məlumatların qorunması üçün bu məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.
Eyni maddənin 2-ci bəndində isə göstərilir ki, cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.
Əgər belə hallar varsa, məhkəmənin hazırlıq iclasında həmin işə qapalı məhkəmə iclasında baxılması barədə qərar qəbul edilir. Məndə belə bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı konkret bi məlumat yoxdur. Əgər bu işə qapalı məhkəmə iclasında baxılması barədə məhkəmənin hazırlıq iclasında belə bir qərar çıxarılmayıbsa, KİV-in həmin məhkəmə iclasına buraxılmamasını qanunsuz hesab edirəm. Əgər bu qərar məhkəmə kollegiyası tərəfindən kifayət qədər əsaslandırılıbsa, həmin prosesdə dövlət sirrinin yayılması təhlükəsinin olması ilə bağlı ciddi əsaslar varsa, işə qapalı məhkəmədə baxılması qərara alınıbsa, bu səlahəiyyət məhkəməyə aid olduğuna görə onun müqayisələndirilməsi qeyri-mümkündür”. (moderator.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam