Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Ət monopoliyası: Qiymətlər bu üsulla qaldırılır

 

Ətin qiyməti yenə qalxacaq

Xeberinfo.com:   Son həftə qiyməti artımı ilə yadda qalan oldu. Çörəklə yanaşı, ətin qiymətində də artım müşahidə olundu. Hərçənd ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ətin qiymətinin artmasını təkzib etmişdi. 

Statistika nəzər salsaq, Azərbaycanda son beş ildə ətin qiyməti 2 dəfədən çox artıb. Bu isə gələcəkdə ət bazarının dırnaqarası alovlanmasından xəbər verir. 

Qaynarinfo.Az-ın əməkdaşı, ət bazarlarında qiymətləri və ətin qiymətlərinin artma səbəblərini araşdırıb. “Təzə Bazar”da ətin qiymətləri belədir:

1 kiloqram mal (inək) əti – sümüklü 6 manat, sümüksüz 8 manat;

1 kiloqram dana əti – sümüklü 8-9 manat, sümüksüz 11-13 manat;

Qoyun ətində isə artım çox cüzidir. 

Qəssablarla söhbət zamanı məlum oldu ki, ət bazarında alıcılıq qabiliyyəti aşağı düşüb. Öz dilləri ilə desək, günləri milçək qovlamaqla keçir. Ətin bahalaşmasına gəlincə isə, qəssablar bir çox düyünləri bizə açdılar. Məlum oldu ki, bazara ət verənlər qiyməti 0.50 – 1.00 AZN artırıb. Üstəlik bazara mal gətirənlərin sayı da azalıb. Demək olar ki, mal saxlayanların sayı tükənməkdədir. 

Buna səbəb, yem və otun qalxmasıdır. Əvvəllər otun 1 bağlaması 1.00-1.50 AZN idisə, indi bu qiymət 2.00-3.00 manat arasında dəyişir. Bu da mal saxlayanlara sərf etmir. Bundan başqa, ətin Rusiya bazarına yol tapması ətin bahalaşmasına səbəb olub. Qəssabların sözlərinə görə, əvvəllər Gürcüstandan mal gətirmək olurdu, indi bu mümkün deyil:"Ət monopoliyasına rəhbərlik edənlər ətin qiymətinin qalxmasına maraqlıdırlar. Yay qurtarır, son ot biçimləridir. Bir azdan ot bazarlarda azalanda qiymətlər “at beli”nə qalxacaq.Belə getsə, ətin qiyməti 15 manata çatar".

Piştaxta arxasında yuxulayan qəssablardan məlumatımız bu qədər. 

Araşdırmamız nəticəsində məlum oldu ki, bu ilin sonunadək ətin qiymətinin artması qaçılmazdır. Ət monopoliyasına sahib olanların maraqları, maldarların durumu və bazardakı vəziyyət bundan xəbər verir. Pişiyin əli çatmayanda, deyir "ət iylənib". Maraqlıdır, əlimiz ətə çatmayanda biz nə deyəcəyik?.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam