Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bəylər Eyyubova açıq məktub - Zakir Fərəcova "DUR" deməyin zamanı deyilmi?




Xeberinfo.com:  Ötən yazılarımda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun özbaşınalığından və qanunsuz əmməllərindən geniş bəhs etmişdim. Həmin məqalələrdə Abşeronun sabiq icra başçısı və hazırda sənaye şəhərinə rəhbərlik edən məmurun, keçmiş MTN şefi Eldar Mahmudovla sıx bağlılığı və onun sahibkarları “Çovdarovsayağı” cəzalandırma üsullarına toxunaraq yaranmış təhhlükələrdən və artan etirazlardan bəhs olunuru. Araşdırmalarımız zamanı aydın oldu ki, ölkədə heç bir icra başçısının edə bilmədiyi qanunsuzluqları həyata keçirən Zakir Fərəcovun “toxunulmazlığı” onun hakimiyyətdə böyük nüfuza malik olan şəxs tərəfindən dəstəklənməsindən irəli gəlir.Lakin, icra başçısının qanunları tanımayan və qanunlarla tənzimlənməyən idarəetməsinin arxasında həmin nüfuzlu şəxsin durması bir sıra suallar ortaya çıxarır. Təbii ki, hamını düşündürən bu suallara cavab tapmaq üçün Fərəcovların hər qanunsuz əməllərində sığortalanmaq üçün adını çəkdikləri Generala media vasitəsilə müraciət ünvanlamaq istədim. Bu güman ki, sahibinə yetişəcək məktub olacaq və suallarımıza aydınlıq gətirilməsinə yardım edəcəkdir. Müraciətin ünvanı Prezident Aparatı, suallara cavab verə biləcək şəxs isə General Bəylər Eyyubovdur.

Hörmətli Bəylər müəllim!

İlk öncə qeyd edim ki, 20 ilə yaxındır ki, ölkənin tanınmış media orqanlarında fəaliyyət göstərirəm. Bu illər ərzində onlarla məhkəmə proseslərində məmurların iddiası əsasında cavabdeh tərəf qismində iştirak etmiş və ittihamlara cavab vermişəm. Hər prosesdən sonra haqq-ədalətin bərqərar olduğu məhkəmə salonlarında aciz qalan bəzi rüşvətxor məmurların indi heç bir vəzifə daşımadıqlarını qeyd etməyi özümə borc bilirəm. Ədalətin təcəllisinin hər zaman gec və ya tez baş verdiyinin şahidi olmuşam. İllər öncə (Qeyd edim ki, 2000- 2003 cü illər. İkram Rafiqoğlu.) Gəncədə fəaliyyət göztərdiyim qəzetdə gedən məqalələrin oxucusu olmusunuz. Yəqin xatirinizdədir ki, Gəncənin sabiq icra başçısı Eyvaz Babayevin haqqında yazdığım yazılardan sonra mənim həbsimə verilmiş qərarlara Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qadağalar qoyulmuş və Ümummilli liderimiz tərəfindən ədalət bərqərar olmuşdu. Həmin dövrdən illər keçməsinə baxmayaraq Dövlətini sevən bir vətəndaş kimi nə mövqeyimdə nə də ki, haqsızlığa qarşı dirənişimdə heç bir dəyişiklik olmayıb. Mən bu DÖVLƏTƏ və onun RƏHBƏRİNƏ sadiq bir vətəndaşam, bu yolda sona qədər varam.

Hörmətli Bəylər müəllim!

Sizin ölkə başçısına və Ulu Öndərə sadiq bir şəxs olduğunuza şübhə yoxdur və buna inandığımı ifadə etməklə Sizə can sağlığı arzulayıram. Lakin son zamanlar Sumqayıt şəhərində baş verən hadisələr, icra başçısı Zakir Fərəcovun özbaşınalıqlarında adınızın öndə çəkilməsinə biganə qalmaq fikrindən uzaq duraraq bu müraciəti şəxsinizə ünvanlamaq zorundayam. Ola bilsin ki, Sizin, Zakir Fərəcova imkanlar yaratmaqda əməyiniz var və onu böyük patensiala malik bir məmur kimi dəstəkləyirsiniz. Amma gerçəkliklər bəzən gördüyümüz kimi deyil və zakirlərə olan etimaq hər zaman özünü doğrultmur. Sizin diqqətinizə ilk olaraq, illər öncə Sumqayıt bələdiyyəsinin sədri, daha sonra Abşeron rayonunun, hazırda Sumqayıt şəhərinin icra başçısı olan məmurun əsl kimliyini və gizli fəaliyyətlərini xatırlatmaq istərdim. 

Hörmətli Bəylər müəllim!

Zakir Fərəcov Sumqayıt şəhərində bələdiyyə sədri işlədiyi illərdə sadə vətəndaşların torpaq növbəsinə durmasına baxmayaraq tələblərini həyata keçirən şəxslərin arzularını gerçəkləşdirib. Hətta bələdiyyə sədri kimi bir çoxlarının “qulağını kəsən” şəxs, Sumqayıtda sadə vətəndaşların hüquqlarını pozmuş və narazılıqların yaranmasına səbəb olmuşdur. Onun şəhərdə “Ən Ucuz” Ticarət mərkəzlərinin sahibi Vüqar Qələndərovdan 20 min manat rüşvət alması və sonralar həmin pulu otağında dava-dalaşdan sonra geri qaytarması hamının xatırladığı gülünc bir hadisədir. Buna baxmayaraq Zakir Fərəcov öz dediyinə görə sizin dəstəyiniz və xeyir-duanızla Abşeron rayonuna icra başçısı təyin olundu. Təbii ki, bundan sonra Abşeron sakinlərinin ağ gününü qara “əskiyə” bükən məmur sahibkarlara da divan tutdu. Çox keçmədi ki, icra başçısının “HÜRMƏT” istəyini yerinə-yetirməyənlərə başçının qoçuları tərəfindən “oğru” dili ilə desək “sğodkalar” keçirildi. Cəzalar ağır olduğundan hamı icra başçısısnın təyin etdiyi “Yandıq” havasını ürəksiz olsada oynamağa məcbur oldu. Yadımdan çıxmamış diqqətinizə ərz edim ki, Zakir Fərəcovun artan büdcəsi bəzilərini narahat etdi və bir zaman səlahiyyət sahibi olan Eldar Mahmudov icra başçısının ermənilərlə işbirliyində olan qohumu Vaqif Güləbirdlini həbs etdi. Həmin günlər ölkəni şoka salan rəsmi bəyanatda Laçın rayonundan olan, Güləbirdli Vaqif Cabbarovun uzun illər düşmənə xidmət etdiyi və mövqelərimizi ermənilərə xəbər verdiyi, eləcədə də onlara ərzaq ərməğan etdiyi qeyd olundu. Hər bir vətəndaş kimi mən də “lənət olsun” dediyim gün Güləbirdli Vaqif birdən-birə yoxa çıxdı. Mən onun düşmənə təhvil verildiyini düşünmüşkən Vaqif Cabbarovun səsi Xızıda, özüdə Zakir Fərəcovun fermasından gəlməyə başladı. Qəribə də olsa araşdırmalarım zamanı rast olduğum bu fakt bir sıra həqiqətlərin üzə çıxmasına səbəb oldu. Məlum hadisədən sonra, Vaqifi həbs edən keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovla dostluq əlaqəsi quran Zakir Fərəcov ölkə mediasında qeyd olunduğu kimi, ruzulu qələmini mürəkkəbə batıraraq adıçəkilən generala milyonlarla hədiyyələr və torpaq sahələri ərməğan etdi. Hətta, Eldar Mahmudovun cinayətkar şəbəkəsinə rəhbərlik edən Akif Çovdarova hektarlarla torpaq sahələri pay verildi. Bundan sonra Vaqif Güləbirdlinin “yoxa çıxma” əməliyyatı gerçələşdi və Zakir Fərəcovun başının üstünü alan qara buludlar çəkildi. Eldar Mahmudovla dostluq münasibətləri icra başçısına bir çox işlərdə yaradı. Nəticədə yaxın qohumunu keçmiş MTN-nin Qaradağ rayon şöbəsinə rəis təyin etdirən Fərəcov mediada qanunsuz əməllərini ifşa edən jurnalistləri də Mahmudov şəbəkəsinin dili ilə susdurmağa başladı. Hətta bəzi media kapitanlarını bir zənglə MTN “padvallarında” Akif Çovdarovun işgəncələri ilə üz-üzə qoyan icra başçısı xoşladığı zor üsullarından yararlandı.

Hörmətli Bəylər müəllim!

Zakir Fərəcovun Abşeron rayonunda həyata keçirdiyi qanunsuz əməllərindən xəbərsiz olduğunuza inanıram. Lakin, icra başçısının qohumlarının hər addımda və qanunsuz fəaliyyətlərində sizin adınızı çəkmələri sadə vətəndaşları narahat edən məqam olmuş və hazırda bu proses davam etməkdədir. Abşeron rayonunun torpaq sahələrini şəxsi mülkü kimi satandan sonra onun Sumqayıt şəhərinə rəhbər təyin olunması dəyişikliklərə səbəb olmadı. Abşeronda etdiklərinin cəzasız qalması bu məmurun növbəti qanunsuz əməllərinə şərait yaratmış oldu. Zakir Fərəcovun ədalətsizlik prinsiplərindən güc alanlar , “biz generala sığınmışıq” – deməkdən yorulmurlar. Onların hər bağırtısından “qulağı tutulan” qanunların yerinə Fərəcovun əsas saydığı “Çovdarovsayağı” qaydalar möhkəmlənir və hökmranlıq edir. Vətəndaş günahkar axtardığı və səsini çıxardıb etiraz etdiyi zaman həmin qaydalar qılınc olub evləri, ailələri başsız qoyur. Rayonda icra başçısının etdiklərinin acısını hələ də çəkən sadə insanların səsinin yuxarıda eşidilməməsi birmənalı qarşılanmır və bu bəzi deyimlərin gerçək olduğuna işarə etməkdədir...
Ardı var.

 

İkram Rafiqoğlu

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam