Paytaxtdakı qanunsuz obyektlər silsiləsindən...
"Xeberinfo.com": Memar Əcəmi metrosu ilə 4-cü mikrarayon dairəsinin birləşdirən Nəsimi rayonu, Cavadxan küçəsi, 17A-da, 19-cu bölmənin ərazisi sayılan ünvanda çayxana, Kafe adı altında Əxlaqsızlıq yuvası, bukmeker oyunların “qara bazar”ı və “Rus loto” oyunlarının qeyri-qanuni keçirilməsi ilə bağlı BakuNews.az saytına daxil olan şikayət ərizələrin də 24 saat sakinlərin istirahətinin pozulması, bu obyektlərdə baş verənlərin yetişən gələcək nəslin mənəviyatına, əxlaqına mənfi təhsir etdiyini bildirən şıkayətçilər, redaksiyamızdan belə obyektlərin bağlanmasında, fəaliyyətinə aidiyyatı orqanlar tərəfindən xitam verilməsində mətbu imkanlarımızın əsirgəməməyimizi xahiş edirlər.
Şikayətçilərin xahişini nəzərə alaraq redaksiyamızın araşdırma qrupu araşdırma aparmaq məqsədi ilə adı çəkilən ünvanda (Nəsimi rayonu, Cavadxan küçəsi, 17A) olmuş. Şikayətdə bildirilən qanunsuz pul qoyuluşları və əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı tərəfimizdən aparılan müşahidələr vətəndaşların şikayətinin tamamilə haqqlı olduğu üzə çıxdı.
Araşdırmamızdan o da məlum oldu ki, ərazidə yaşayış binasının altında yerləşən bu obyektlərdən birincisi Futbol-mərc oyunlarının “qara bazarı” özünü İsgəndər Həmidovun bacısı oğlu kimi tanıdan Elçin adlı şəxsə məxsusdur. Bu obyektdə dövlət tərəfindən yalnız “Topaz” şirkətinə leqalaşdırılma izni verilmiş oyunların Bukmeker oyunları at, it və futbol-mərc oyunlarının pul qoyuluşu qəbul edilir. Bu isə Azərbaycan Respublikası qanunları ilə qadağan edilib qeyri-leqal oyunlara pul qoyuluşu qanunla sadəcə “Topaz”-a məxsusdur.
“Rus loto”su kimi fəaliyyət göstərən ikinci obyekt isə bakı şəhərində “Loto kralı” əslində isə “Yeraz Mehman” kimi ad çıxaran 65 gizli məntəqəyə başçılıq edən Mehman adlı şəxsə məxsusdur. Mehman adlı bu şəxsin başçılıq etdiyi məntəqələrin dövriyəsi gündəlik 300 min manatdan çoxdur. Araşdırma zamanı məlum oldu ki, bu tendemdə Rüfət adlı şəxsdə kənardan yüksək rütbəli insanların pul qoyuluşlarını idarə edərək onların “Stavkaların” bir başa özü qəbul edir.
3-cü obyekt isə çayxana adı altında əxlaqsızlıq yuvası işlədən adının naməlum saxlanılan naxcıvanlı şəxsə məxsus olduğu deyilir. Burda yol kənarı olduğu üçün rahat içəridə nə baş verdiyi gözlə görünəcək dərəcədədir. Büş-altı qız yarıçilpaq vəziyyətdə obyektin önündə əyləşərək hər bir obyektin qarşısından keçən gənc nəslin nümayəndələrin icəri dəvət edərək yüksək keyfiyyət xidmət təklif edirlər. Hər bir qızın görüşəcəyi şəxslə cinsi əlaqəyə girməsi üçün yaxınlıqda mənzildə kirayə edilib ki, razı sala bildikləri müştərini həmin mənzilə aparırlar hətta müştərilərdən biri həmin evdə gizlin kamera yerləşdirildiyinidə görüb və dərhal oranı tərk edib.
4-cü Etibarlı mənbə bildirir ki, ərazidə yaşayış binasının altında yerləşən bu obyektlərdən birincisi Futbol-mərc oyunlarının “qara bazarı” özünü qumarın ası sayan Vuqar adlı şəxsə məxsusdur. Bu obyektdə dövlət tərəfindən yalnız “Topaz” şirkətinə leqalaşdırılma izni verilmiş oyunların Bukmeker oyunları at,it və futbol-mərc oyunlarının pul qoyuluşu qəbul edilir. Bu isə AzərbaycanRespublikası qanunları ilə qadağan edilib qeyri-leqal oyunlara pul qoyuluşu qanunla sadəcə “Topaz”-a məxsusdur.
5-ci obyekt isə yenə də “Yeraz Mehman” ləqəbi ilə qumar mafiyasında tanınan Mehman adlı şəxsə məxsusdur.
19-cu polis bölməsinin rəisi Rahib Mirzəyev tabeliyində olan ərazidə qumarxanalara və əxlaqsızlıq yuvalarına hansı məqsədlə göz yumur. O cümlədən ərazidə fəalliyyət göstərən hüquq-mühafizə orqanlarının belə bir cinayətkar qrupların qarşısını niyə almaq istəmirlər. Məgər bilmirlər ki, gecə qumarda uduzan insanlar səhər açılan kimi oyuna yenidən qatıla bilmək üçün pul əldə etmək məqsədi ilə hansısa cinayət tərkibli əmələr törədə bilərlər.
Məgər bilmirlər ki, yaşından asılı olmayaraq adı çəkilən obyektlərə üz tutan və onların daimi müştərilərinə çevrilən gənclərimizin gələcəyin önündə hansı zədələr dayanır. Cəmiyyətin bugünü və sabahı, Azərbaycan gənclərin gələcəyini zəhərləyən bu obyektlərin fəailiyyətinə xitam vermək o qədərmi müşkül məsələdir. Yoxsa onların arxalandıqları dayaqları o, qədərmi yüksək vəzifədədir ki, onlara toxunmaq mümkün olmur. Nə bilək, aidiyyatı orqanlar bunu bizdən yaxşı bilir və ələri çatmır desək yanılmarıq.
Mövzuya yenidən qayıdacağıq. Bizi izləyin...
Araşdırma davam edir...