Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Elektrikşəbəkədə 2 milyonluq müəmma

 

Arif Cavadov: “Seymur Hacıyevin səriştəsizliyi nəticəsində bir fəhlə həyatını itirib, işçilərini isə şantaj edir”

«Azərişıq» QSC-nin Xaçmaz Elektrik Satışı Şəbəkəsinin rəhbəri Seymur Hacıyev rayon camaatına zülm verir.

Xeberinfo.com:  Bunu JAM.AZ-a rayon sakini Böyükağa Rəşidov yazaraq, bildirib. 
Onun sözlərinə görə, şirkətin yerli nümayəndəsi isətdiyi vaxt rayonda əhaliyə verilən elektrik enerjisini kəsdirir. Hətta bu hal borcu olmayanlarada da şamil edilir. O qeyd edir ki, bu yaxınlarda «Sumqayıtelktrikşəbəkə»dən çıxarılan Hacıyevin Xaçmaza təyinat alması olduqca müəmmalı hadisədir. Ona görə ki, sözügedən şəxs hələ bir müddət əvvəl etdiyi özbaşınalıqlardan dolayı rayondan qovulmuş biridir. «Onun təyinatı Xaçmaz camaatından qisas almaq kimi başa düşülür». 
Rəşidov yazır ki, Seymur Hacıyev heç nəyə baxmadan əhalinin elektrik xətlərini kütləvi şəkildə kəsdirir. «Hətta insanların Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdiyi bir gündə də bu əməllərinə davam etdi. Eyni gündə Xaçmaz şəhər, Heydər Əliyev prospektində yerləşən, eyni zamanda, işıq pulu borcu olmayan «Xalq» Bankın Xaçmaz rayon filialının da işığı kəsildiyindən, bankın işində saatlarla durğunluq yarandı». 
Rayon sakini qeyd edir ki, həmin vaxt şəbəkənin işçiləri işıqların səhvən kəsildiyini bildirsələr də, rəis tamam başqa bir münasibət sərgiləməklə hamını mat qoyub. «Bankın səlahiyyətli nümayəndəsinin «Siz kimsiniz, hansı əsasla, borcu olmayan obyektin işığını kəsdirirsiniz» sualına Seymur Hacıyev “qudurma, həddini bil” deyə cavab verib. “Xalqın birinci xidmətçi mənəm” deyən Prezidentimizdən fərqli olaraq, Seymur Hacıyev özünü Xaçmaz əhalisinin ağası hesab edir».
Böyükağa Rəşidov müraciətinin sonunda maraqlı bir informasiya da verib. O bildirib ki, Hacıyevi bir müddət əvvəl ləğv olunan “Sumqayıtelektrikşəbəkə” ASC sədrinin birinci müavini işləyib. «Onun Beynəlxalq Bankın sədri Cahangir Hacıyevlə yaxın əlaqələrinin olduğu və Beynəlxalq Bankın «Sumqayıtelektrikşəbəkə» ASC-yə ayırdığı kreditlərini mənimsənilməsində iştirak etdiyi bildirilir». 
JAM.AZ-a açıqlama verən Arif Cavadov isə qeyd edir ki, Seymur Hacıyev ümumiyyətlə, bu sistemə layiq olmayan biridir. Onun sözlərinə görə, Hacıyev hələ Boss Shelfdə işlədiyi vaxt adı 2 milyon dollarlıq korrupsiya işinə qarışıb. “Bu adamın səriştəsizliyi nəticəsində bir fəhlə həyatını itirib. Vəzifəsindən istifadə edərək, bəzi işçilərini müxtəlif məzmunda şantajlar edir. Hətta onun həyat yoldaşı olmayan qadın işçilərindən birini şantaj etdiyi də məlumdur. “Azərişıq” rəhbərliyi bu adamı işdən çıxarmalıdır. Yoxsa, həmin şəbəkə də batacaq”. 
Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam