Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Seymur Həzinin növbəti məhkəmə prosesi keçirilib

 

seymur hezi

Oktyabrın 2-də Abşeron Rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxıb.

 "Xeberinfo.com": Seymur Həzi ev dustaqlığına buraxılmayıb. Ancaq eyni iş üzrə tutulmuş Məhərrəm Həsənovun ev dustaqlığına buraxılmaq barədə vəsatətinə müsbət cavab verilib. “Azadliq.info”nun məlumatına görə, Məhərrəm Həsənov azadlığa çıxıb.

Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Abşeron Rayon Polis Şöbəsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Məhərrəm Həsənov isə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. 32 yaşlı Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini bitirib, AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb. 2000-ci ildən AXCP-nin üzvüdür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam