Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qalib Məmmədov «General Motors»u kimin puluyla qurdu?

 

Və ya məşhur iş adamının həmkəndlisi Ağəddin Əliyevi Türkiyəyə niyə qaçırdığının üstü açılıb 

Xeberinfo.com:   Azərbaycanda olmayan hadisə, baş verməyən olay, rastlanmayan hal qalmayıb. Siyasi hadisələrdən tutmuş, adicə dələduzluğa qədər baş verənlər içində elələri də var ki, onlar həqiqətən də «Ginnesin Rekordlar Kitabı»na və ya məşhur universitetlərin dərsliyinə düşməlidir. 

Söhbət açacağımız mövzu 1997-1998-ci illərdə baş verib. Hələ həmin dönəmlərdə banklar, hətta dövlət özü belə hansısa iş adamına və ya şəxsə külli miqdarda kreditlər vermirdi. Birincisi, o zamanlar yerli bankların o qədər də güclü maliyyə imkanları yox idi. Olanlar belə tutarlı zəmanət olmadan böyük məbləğli kreditlərin verilməsinə qol qoymurdu. 

JAM.AZ xəbər verir ki, qeyd olunan illərdə Azərbaycanda kifayət qədər unikal olay yaşanır. Belə ki, Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini Əliyev Ağəddin Xalıq oğlu dövlətdən iş görmək adı ilə külli miqdarda pul alır. Lakin qısa müddətdə bu şəxs Azərbaycandan qaçır. Sonradan məlum olur ki, Ağəddin Əliyev Türkiyədə yaşayır. Lakin öz adıyla yox, başqa bir kimliklə. 

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Ağəddin Əliyev hazırda Azərbaycana Türkiyə pasportu ilə gəlib-gedir. Adı isə Ağəddin Əliyev kimi deyil, Əlisoy olaraq qeyd edilir. Haqqında cinayət işi qaldırılmış Ağəddin (Əlisoy) hazırda da axtarışdadır. Lakin onun harada yaşadığı, habelə adını ədyişdirməsi səbəbindən tapmaq mümkün deyil. 

Dəqiqləşdirmələrimizə görə, Ağəddin Əliyev (Əlisoy) hazırda Türkiyənin İzmir şəhərində yaşayır və bu ölkənin vətəndaşıdır. Onun belə bir vəziyyətə düşməsinin səbəbi və səbəbkarı isə tamamilə başqa bir adamdır. 

JAM.AZ-ın araşdırmalarına görə, Ağəddin Əliyevin külli miqdarda pul almasının ideyaçısı elə öz həmkəndliyi, hazırda «General Motors Azerbaycan» şirkətinin rəhbəri Qalib Məmmədov olub. Məşhur iş adamı kimi tanınan bu şəxs həmin vaxt öz həmyerlisinə külli miqdarda pul götürməyi tövsiyyə edib. Ardından həmin pullarla iş görməyə başlayıb. Alınmış pulları geri qaytarmamaq üçün isə Əliyevi (Əlisoy) Azərbaycandan qaçıraraq, ona Türkiyə vətəndaşlığı almağa yardım edib. Türkiyədə yaşaması üçün Ağəddin Əliyevin maddi ehtiyacları da Qalib Məmmədovun üzərindədir. 

JAM.AZ-a verilən məlumata görə, Qalib Məmmədov uzun illərdən bəri biznes sahəsindədir. Onun «General Motors Azerbaycan»ı yarada bilməsinin səbəbkarı da məhz yuxarıda qeyd etdiyimiz olay olub. Amma Məmmədov uzun illər bu sirri qoruyub, saxlaya bilsə də, sonradan ləğv olunmuş MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun diqqət mərkəzinə düşür. Çox keçmir ki, şirkət rəhbəri nazirlə şərikli biznes sahəsi yaradırlar. «Shevrolet Center», habelə bir sıra avtomobil markalarının satışı sahəsindəki şəriklilik tərəflərin hər ikisinə böyük pullar gətirir. 

Ardından tikinti sektoruna da qol qoyulur. Və qısa müddətdə nazirlə şəriki bir sıra rayonlarda hündürmərtəbəli binalar inşa etməyə başlayırlar. Bunlardan ən sonuncusu isə «Melissa Park» layihəsidir. 20 Yanvar metrosu yaxınlığında inşa edilən sözügedən şəhərciyin artıq bir çox mənzillər satışa çıxarılıb. Cazibədar kredit «şərt»ləri ilə bazara girən və müştəri toplayan Qalib Məmmədovun «Melissa Park»ında bəzi fırıldaqlar da diqqəti çəkir. Məsələn, bu şirkətdən mənzil alan şəxs ilkin ödənişi manatla edirsə, kredit ödənişlərini dollarla etmək məcburiyyətində qalır. Bunu özlərini sığortalamaq kimi təqdim etsələr də, prosesin özü daha çox pul qazanmaq niyyəti güdür. 

Mövzu ilə bağlı araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam