Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Qarasu Əməliyyat Şirkəti ilə bağlı şok faktlar: Korrupsiyanın göz qaraldan rəqəmləri!

pul-korrupsiya

Şirkətdə korrupsiya tüğyan edir; rəhbərlik təmir adı altında külli miqdarda vəsaiti «yox»a çıxarır

Xeberinfo.com:   Qarasu Əməliyyat Şirkətində (QƏŞ) korrupsiya faktları ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatları redaksiyamıza bu şirkətin Fuad Ağayev adlı  keçmiş işçisi təqdim edib. Məlumatlara görə, 2014-cü ildə QƏŞ-ə məxsus “Kraz” markalı H011-880 nömrəli su maşını təmir adı altında NTC LTD şirkətinə göndərilib.

QƏŞ təmir xərci üçün bu şirkətə 55 min manat pul ödəyib. Əslində isə təmir xərci maksimum 5 min manat olub. Bu azmış kimi maşın təmirdən çıxandan sonra istifadə olunmayıb. Çünki maşında nasazlıq yaranıb. QƏŞ-in təmirinə 55 min manat “xərclədiyi” bu maşın bir ilə yaxındır ki, şirkətin tabeliyində olan nəqliyyat sexinin qarajında saxlanılır. Texnikanın bu vəziyyətdə olduğunu görə QƏŞ-in prezidenti Iqor Qutuyev maliyyə sənədini imzalamaqda imtina edib.

Bundan başqa quyuların təmiri üçün nəzərdə tutulan T130 markalı 18T-093 nömrəli qurğu 2014-cü ilin aprel ayında QƏŞ-in nəqliyyatın təminatı şöbəsinin meneceri Arif Alışovun imzalı məktubu ilə təmir adı altında qondarma NTC LTD şirkətinə göndərilib. Görülən işlərlə bağlı akta diqqət yetirdikdə qiymətlərin şişirdildiyi açıq-aşkar sezilir.

Məsələn, nasosun qiyməti satış mərkəzlərində 200 manat olduğu halda sənəddə 3000 manat, adi əyləc “qaykası”nın qiyməti 2700 manat, qurğunun qüllə hissəsinin təmirinə isə 4500 manat xərcləndiyi göstərilib. Ümumilikdə texnikaya əsaslı təmir adı altında 60 min manat pul silinib.

Məlumatlarda həmçinin bildirilir ki, hidrotor qurğusunun təmiri adı altında 02 mart 2014-cü il tarixdə 16000 manat pul silinib. Bildirilir ki, həmin qurğunun yenisinin qiyməti  12 min manatdır. Bu qurğunun təmiri QƏŞ rəhbərliyinə yaxın olan GSN MMC tərəfindən aparılıb. Təmir aktına imza atan Adil Bəylərov hazırda QƏŞ-in nəqliyyat sexinin rəisi vəzifəsində işləyir.

Məlumatlarda bildirilir ki, QƏŞ GTS Solitions Allianse LLP şirkətindən icarəyə nəqliyyat vasitələri götürüb. Və 24 nəqliyyat vasitəsinə görə 1 ayda 53 min 546 manat ödəyib. Bildirilir ki, hazırda GTS Alyance şirkəti QƏŞ-ə 60-a yaxın nəqliyyat vasitəsini kirayə verib və bu şirkətin 1 aylıq qazancı 150 min manatdır. Məlumatlara görə, bu şirkət ofşor zonada qeydiyyatdan keçib. Yəni, vergi ödəmir. Bildirlir ki, “Global Energy” şikrətinin prezidentinin göstərişi ilə 2014 ilin yanvar ayından QƏŞ-də tenderin qalibi olan 4 böyük yerli şirkəti – “Neftçi”, “Inşaatçı”, “Temp”, “Melerator” –  çıxarılaraq yerinə QƏŞ-in təminat meneceri Intiqam Sadıqov tərəfindən qurulmuş GTS Solitions Allyance Şirkəti gətirilib. Intiqam Sadıqov SOCAR-ın sərmayələr idarəsinin rəisi Vaqif Əliyevin ən yaxın adamı sayılır. O, vaxtilə həmin idarədə çalışıb.

Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam